Finlandiyada Formula-1 yarışları keçirilə bilər
Bakı, 8 fevral, AZƏRTAC
Finlandiya MotoGP-dən sonra Formula-1 yarışlarını da qəbul etmək üçün danışıqlara başlamağa hazırlaşır.
AZƏRTAC “f-1.az” saytına istinadla xəbər verir ki, Finlandiya çoxlu Formula-1 pilotları yetişdirsə də, heç vaxt idmanın bu növü üzrə yarışları qəbul etməyib.
Hazırda Finlandiyanın paytaxtı Helsinkidə “The Kymi Ring” trasının tikintisi davam edir. Mütəxəssislər isə trasın Formula-1 üçün əlverişli olub-olmadığını yoxlayırlar. Tras artıq 2018-ci il MotoGP təqviminə daxil edilib və gözünü Formula-1-ə dikib.
Finlandiya Avtomobil Federasiyasının idman departamentinin rəhbəri Yuhani Pakari deyib ki, MotoGP müqaviləsindən sonra trası Formula-1 yarışları üçün əlverişli vəziyyətə gətirəcəyik. Bundan sonra təqvimə daxil olmaq üçün danışıqlara başlayacağıq. Ümid edirəm ki, işlər qaydasında gedəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]
Azərbaycanın daha 5 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 06.10.2026 [11:09]