Firon II Ramzesin məbədində yeni arxeoloji abidələr tapılıb
Qahirə, 9 aprel, AZƏRTAC
Nyu-York Universitetinin arxeoloji ekspedisiyası Misirin Abidos qəsəbəsində yerləşən firon II Ramzesin məbədində yeni arxeoloji abidələr, o cümlədən taxıl anbarı tapıb.
AZƏRTAC xəbər verir ki, ekspedisiyanın rəhbəri Sami İsgəndər məbədin küncündə eramızdan əvvəl 1279-cu ildə tikilmiş sərdabada müxtəlif məişət və bəzək əşyaları olduğunu bildirib. Bundan başqa, II Ramzesin adının yazıldığı yaşıl rəngli lövhə, heroqliflərlə işlənilmiş saxsı qablar da aşkar edilib.
Arxeoloqlar fironun məbədinin altında kərpicdən tikilmiş zirzəmi də tapıblar. Bu zirzəmi taxıl anbarı kimi istifadə olunub. Yaxınlıqda isə Ptolemey sülaləsi dövrünə aid olan, buğaların qurban kəsildiyi on iki otaq və çoxlu sümüklər tapılıb. Professor Sami İsgəndər bildirib ki, bu məbəd II Ramzesin sağlığında inşa edilib, yardımçı tikililər isə onun ölümündən sonra tamamlanıb.
Yeni tapıntılar alimlərə eramızdan əvvəl XII əsrdə Qədim Misirin iqtisadi və sosial həyatı barədə daha geniş tədqiqatlar aparmağa imkan verəcək.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]
Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub
- 13.06.2026 [13:21]
Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır
- 13.06.2026 [11:37]
ÜST Ümumdünya Qan Donoru Günü ilə bağlı hesabat hazırlayıb
- 13.06.2026 [08:50]
ABŞ Avropadakı qırıcı təyyarələrinin üçdəbirini geri çəkməyi planlaşdırır
- 13.06.2026 [07:44]
Tramp “Tren de Aragua” təşkilatının liderinin öldürüldüyünü açıqlayıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [22:20]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
- 12.06.2026 [21:53]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:23]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [21:15]
Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib
- 12.06.2026 [20:49]