ELM VƏ TƏHSİL
Fizika İnstitutunda bu il magistratura pilləsinə qəbul olan bakalavrlarla görüş keçirilib
Bakı, 1 oktyabr, AZƏRTAC
AMEA-nın Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov bu il elmi müəssisənin magistratura pilləsinə qəbul olan bakalavrlarla görüşüb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, görüşdə akademik Nazim Məmmədov Fizika İnstitutunun tarixi, burada aparılan elmi tədqiqatlar haqqında məlumat verib. O, magistrantlara təklif olunan dissertasiya işlərinin mövzuları ilə tanış olub və tövsiyələrini verib.
Qeyd edək ki, 2020/2021-ci tədris ilində AMEA-nın Fizika İnstitutunun magistratura pilləsinə nəzəri və riyazi fizika, kvant elektronikası, bərk cisimlər fizikası, bioloji sistemlər fizikası, yarımkeçiricilər fizikası, nanoelektronika ixtisasları üzrə 6 nəfər qəbul olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.05.2024 [13:24]
Türkiyəli incəsənət nümayəndələri Milli Azərbaycan Tarixi Muzeyində
- 01.05.2024 [13:05]