Fiziki şəxslərin əmanətlərinin 66,3 faizi milli valyutadadır
Bakı, 27 may, AZƏRTAC
Cari ilin aprel ayında bank sektoru üzrə unikal müddətli əmanətçi sayı 2,3 faiz (3,599 yeni əmanətçi), ilin əvvəlindən isə 7,5 faiz (11,337 nəfər) artıb.
AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, fiziki şəxslərin əmanətlərinin 66,3 faizi (9,645.1 milyon manat) milli valyutada, 33,7 faizi (4,902.8 milyon manat) xarici valyutadadır.
Fiziki şəxslərin əmanət portfelinin 62,8 faizi (9,135.7 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri aprel ayında 1,4 faiz və ya 126,4 milyon manat artıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [18:11]
® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı
- 30.09.2026 [18:04]
Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar
- 30.09.2026 [17:46]