Floridada insanlardan vaksinasiya barədə arayış tələb olunması qadağan edilib
Bakı, 3 aprel, AZƏRTAC
Florida ştatının respublikaçı qubernatoru Ron Desantis dövlət müəssisələrinin və özəl kompaniyaların əməkdaşlardan və ziyarətçilərdən vaksinasiya barədə arayış tələb etməsinə qadağa qoyan fərman imzalayıb.
AZƏRTAC Amerika KİV-lərinə istinadla xəbər verir ki, sərəncama əməl etməyənlər ştat hakimiyyətindən subsidiya ala bilməyəcək və onlarla hər hansı müqavilə bağlanmayacaq. Bununla yanaşı, dövlət müəssisələri və özəl kompaniyaların insanlarda koronavirus simptomlarını aşkarlayan yoxlamalar aparması, məsələn, temperaturun ölçülməsi qadağan edilmir.
ABŞ KİV-ləri qeyd edirlər ki, Desantisin bu məsələdə mövqeyini digər respublikaçı-qubernatorlar da bölüşürlər. Belə ki, Nebraski və Missuri ştatlarının qubernatorları Pit Riketts və Mark Parson öz ştatlarında sakinləri COVID-19 əleyhinə peyvəndləmə barədə arayış təqdim etmək məcburiyyəti qarşısında qoymaq fikrində olmadıqlarını bildiriblər.
Bu mövzu son vaxtlar ABŞ-da xüsusilə aktuallaşıb. Ona görə ki, əhalinin sürətlə vaksinasiya olunmasına baxmayaraq, bir çox ekspertlər koronavirusun növbəti dalğası barədə xəbərdarlıq edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş VİDEO
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]