Fon der Lyayen: Bu saziş Avropa İttifaqını Cənubi Qafqazdakı tərəfdaşlarımızla daha da yaxınlaşdıracaq
Bakı, 17 dekabr, AZƏRTAC
Bu saziş Avropa İttifaqını Cənubi Qafqazdakı tərəfdaşlarımızla daha da yaxınlaşdıracaq və təmiz enerjiyə keçid üçün regionlarımıza yardım edəcək.
AZƏRTAC xəbər verir ki, bu fikri Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması mərasimi ilə bağlı keçirilən plenar iclasdakı çıxışında bildirib.
“Mən belə bir mühüm gündə Gürcüstan, Azərbaycan və Macarıstan liderləri ilə burada olmağıma çox şadam”, - deyə Ursula Fon der Lyayen deyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]