“FORBS” JURNALI ƏN BAHALI MALİKANƏLƏRİN SİYAHISINI AÇIQLAMIŞDIR
Hazırda dünyanın ən bahalı malikanəsi Uindzor (Böyük Britaniya) qəsrinin qonşuluğunda yerləşən “Apdaun kort” evidir. 103 otaqlı və 5 hovuzlu bu ev 139 milyon dollar məbləğində qiymətləndirilir. İkinci yerdə Səudiyyə Ərəbistanının ABŞ-da sabiq səfiri şahzadə Bəndər Ben Sultanın dağlıq Aspendəki “Starwood Estate” rançosudur. Ranço 135 milyon dollara satılır. Sonrakı yeri Amerika milyarderi Donald Trampin 2004-ci ildə Palm-Biçdə 41,25 milyon dollara aldığı “Maison de L”amitie” mülküdür. Hazırda ev 125 milyon dollara satılır. Dünyanın ən bahalı malikanələrinin “onluğuna” Londondakı daha bir ev daxildir. Digərləri isə ABŞ-da, əsasən, Kaliforniya ştatındadır.