Azərbaycan Dövlət İnformasiya Agentliyi

Forintin bahalaşması Macarıstan iqtisadiyyatı üçün risk yaradır

Forintin bahalaşması Macarıstan iqtisadiyyatı üçün risk yaradır

Budapeşt, 13 may, AZƏRTAC

“Richter Gedeon” şirkətinin rüblük hesabatının dərc olunması gözlənilmədən təkcə korporativ hadisə deyil, həm də bütün Macarıstan iqtisadiyyatı üçün mühüm siqnala çevrilib. Ölkənin ən böyük əczaçılıq istehsalçısının maliyyə nəticələri paradoksal vəziyyət ortaya qoyub, belə ki, şirkətin biznes əməliyyatı artmaqda davam edir, lakin forintin möhkəmlənməsi bu artımın əhəmiyyətli hissəsini maliyyə hesabatlarında neytrallaşdırır.

İlk baxışdan güclü milli valyuta müsbət amildir, yəni idxal inflyasiyasını azaldır, xarici borcun dəyərini aşağı salır və əhalinin alıcılıq qabiliyyətini dəstəkləyir. Lakin ixracyönümlü Macarıstan iqtisadiyyatı üçün həddindən artıq güclü forint tədricən sistemli təzyiq mənbəyinə çevrilir.

“Richter Gedeon” nümunəsi hazırda bunu aşkar nümayiş etdirir. Şirkət bildirib ki, bu ilin birinci rübündə sabit valyuta məzənnələri ilə hesablandıqda onun əczaçılıq gəlirləri təxminən 6 faiz artsa da, forintlə ifadədə faktiki olaraq 1,3 faiz azalıb. Buna səbəb 7 faizdən çox mənfi valyuta təsiri olub.

Bu məqam Macarıstan iqtisadiyyatının hazırkı vəziyyətini anlamaq baxımından son dərəcə vacibdir. Formal olaraq biznes böyüyür: satışlar artır, əsas məhsullara tələbat yüksək olaraq qalır, pul axını güclənir. Lakin milli valyutanın möhkəmlənməsi həm investorların, həm də bazarın ümumi şəkildə bu nəticələri qəbul etmə formasını dəyişir.

Şirkətin əsas gəlir mənbələrindən biri sayılan Vraylar preparatı bunun bariz nümunəsidir. “AbbVie” şəbəkəsi vasitəsilə satılan preparatın satışları 18 faiz artaraq 905 milyon dollara çatıb. Lakin dollarla əldə olunan gəlirin forintə çevrilməsi Macarıstan valyutasının zəif olduğu dövrdə müşahidə edilən effekti artıq vermir.

Beləliklə, Macarıstan son illərdə nail olmağa çalışdığı makroiqtisadi sabitliyin fərqli tərəfi ilə üzləşir. Son aylarda forint Mərkəzi Avropanın ən dayanıqlı valyutalarından biri kimi qiymətləndirilir. Buna yüksək faiz dərəcələri, inflyasiyanın zəifləməsi və xarici investorların Macarıstan aktivlərinə marağının qalması təsir göstərir.

Bununla yanaşı, forintin bahalaşması ixrac yönümlü şirkətlərin rəqabət imkanlarını zəiflədir. Macarıstan iqtisadiyyatı uzun illərdir xarici satış modeli ətrafında qurulub. Avtomobil sənayesi, əczaçılıq, elektronika və sənaye istehsalı ümumən Avropa və dünya bazarındakı tələbdən asılıdır. Milli valyuta sürətlə möhkəmləndikdə isə ixracatçılar əvvəlki gəlirlilik səviyyəsini saxlamaqda çətinlik çəkirlər.

“Richter” bu böyük prosesin ilk nəhəng göstəricilərindən biri hesab olunur. Şirkət xərclərin optimallaşdırılması və güclü pul axını hesabına təzyiqin bir hissəsini kompensasiya edə bilib. Sərbəst pul axını təxminən 30 faiz artıb. Lakin Macarıstandakı bütün ixracatçı şirkətlər eyni maliyyə dayanıqlılığına malik deyil.

Xüsusilə diqqətçəkən məqam odur ki, təzyiq yalnız gəlirlər vasitəsilə deyil, maliyyə nəticələri üzərindən də hiss olunur. “Richter”in xalis mənfəəti əməliyyat göstəricilərinin nisbətən sabit qalmasına baxmayaraq, 4 faiz azalıb. Bu isə əsas biznes yaxşı vəziyyətdə olsa belə, şirkətlərin valyuta bazarındakı dəyişikliklərə nə qədər həssas olduğunu nümayiş etdirir.

İnvestorlar üçün mürəkkəb dilemma yaranır. Bir tərəfdən güclü forint makroiqtisadi risklərin azalması deməkdir, digər tərəfdən isə məhz bu güc ölkənin ən iri açıq səhmdar şirkətlərinin gəlirliliyini zəiflədə bilər. Nəticədə fond bazarı qarışıq siqnal alır: iqtisadiyyat sabitləşir, lakin korporativ gəlirlərin artım tempi zəifləyə bilər.

Siyasi-iqtisadi aspekt də az əhəmiyyət daşımır. Macarıstan hakimiyyəti son illərdə müşahidə olunmuş yüksək inflyasiya və valyuta bazarındakı dəyişkənlik dövründən sonra daha böyük maliyyə sabitliyinə nail olmağa çalışırdı. Hazırda bu məqsədə qismən nail olunub. Lakin forintin həddindən artıq möhkəmlənməsi iqtisadi artım templəri üçün də risk yaradır.

Tarixən Mərkəzi Avropanın ixracyönümlü iqtisadiyyatları üçün nisbətən zəif valyuta çox vaxt gizli rəqabət üstünlüyü rolunu oynayıb. Polşa zlotısı, Çexiya kronu və Macarıstan forinti tez-tez ixrac sənayesini dəstəkləyən özünəməxsus bufer kimi istifadə olunurdu. İndi isə bu mexanizm əvvəlki qədər effektiv işləmir.

Bundan başqa, forintin hazırkı sabitliyi əsasən yüksək faiz dərəcələrinə söykənir. İnflyasiya zəiflədikcə, Macarıstanda real faiz dərəcələri beynəlxalq kapital üçün cəlbedici olaraq qalır. Lakin “Magyar Nemzeti Bank” pul-kredit siyasətini daha fəal yumşaltmağa başlasa, vəziyyət sürətlə dəyişə bilər.

Buna görə də mövcud vəziyyət olduqca həssas görünür. Həddindən artıq güclü forint ixracatçıların vəziyyətini çətinləşdirir. Həddindən artıq zəif forint isə dərhal inflyasiya risklərini geri qaytarır. Macarıstan iqtisadiyyatı faktiki olaraq iki fərqli təhlükə arasında qalıb.

“Richter” üçün problem biznes strukturuna görə daha da mürəkkəbləşir. Şirkətin gəlirlərinin mühüm hissəsini xarici valyutada əldə etsə də, hesabatlarını forintlə aparır. Bu da nəticələri valyutanı yenidən qiymətləndirməyə qarşı xüsusilə həssas edir. Bununla yanaşı, şirkətin real əməliyyat göstəriciləri kifayət qədər güclü olaraq qalır, belə ki, biotexnologiya istiqaməti 35 faiz artıb, neyropsixiatriya seqmentində isə sabit tələbat müşahidə olunur.

Bununla belə, bazar adətən “təmizlənmiş” dinamikanı deyil, yekun rəqəmləri qiymətləndirir. Valyuta təsiri səbəbindən həmin göstəricilər xeyli zəif görünür. Məhz buna görə Richter”in hesabatının dərc olunması bütün Macarıstan iqtisadiyyatı üçün mühüm göstəriciyə çevrilib.

Hazırda əsas sual Macarıstanın valyuta sabitliyi ilə ixracın rəqabət qabiliyyəti arasında balansı qoruyub saxlaya bilib-bilməyəcəyidir. Hələlik vəziyyət idarəolunan görünür: inflyasiya azalır, maliyyə sistemi sabitdir, iri şirkətlər isə mənfəət əldə etmək imkanını qoruyur. Lakin ixrac sektoruna təzyiq tədricən artır.

Əgər forint möhkəmlənməkdə davam etsə, problemlərin təsiri bir əczaçılıq şirkəti ilə kifayətlənməyəcək. Risk zonasına avtomobil, elektronika və sənaye məhsulları istehsalçıları, yəni Macarıstan ixracının əsasını təşkil edən sahələr düşəcək.

Bu baxımdan “Richter” ətrafında yaranmış vəziyyət sadəcə korporativ hesabat deyil. Bu, makroiqtisadi sabitləşmənin Macarıstanın ixracyönümlü inkişaf modeli ilə ziddiyyət təşkil etməyə başladığını göstərən erkən siqnaldır. Məhz bu ziddiyyət cari ildə ölkənin əsas iqtisadi mövzularından birinə çevrilə bilər.

Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tarixi coğrafiyamız antik və orta əsr mənbələrindəki Albaniya sərhədləri ilə üst-üstə düşür

“Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ndə dəyişiklik edilib

Bakıdan dünyaya uzanan mənəvi irs: Seyyid Yəhya Bakuvi

ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir

Beynəlxalq Musiqi Festivalı çərçivəsində azərbaycanlı bəstəkarların əsərlərindən ibarət konsert

Antiterror əməliyyatlarının iştirakçısı: Xankəndiyə daxil olanda özümüzdə böyük rahatlıq hiss etdik

Naxçıvan Dövlət Kukla Teatrı ilk dəfə beynəlxalq monotamaşalar festivalında iştirak edəcək

Seyid Yəhya Bakuvi və Azərbaycan təsəvvüf ədəbiyyatı

Toğrul Əsədullayev: Yeni layihələrimizdə muğam sənətinin təbliğinə xüsusi yer verilir

Belqradda Azərbaycanın milli kulinariya nümunələri nümayiş etdirilib

Xəzərdə zəlzələ olub

Azərbaycan şahmatçıları Olimpiadada VI turu qələbə və məğlubiyyətlə başa vurublar

Ermənistanın siyasi rəhbərliyi revanşist çağırışlara qarşı aydın mövqe nümayiş etdirməlidir - ŞƏRH

Musiqiçi: Tədqiqatlarımda əsas diqqəti qədim macar klassik musiqisinin izlərinin araşdırılmasına yönəldirəm

Dünyanın ilk süni intellekt aktrisası canlı yayım zamanı texniki nasazlıq yaşayıb

Cəlilabadda ovçuluq təsərrüfatında yanğın baş verib

Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb – YENİLƏNİB 2

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli 96 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Natəvan poeziyasında qəlbin etirafları

Futbol üzrə İspaniya millisinin baş məşqçisi ilə yeni müqavilə imzalanıb

Azərbaycanı kata üzrə dünya çempionatında 4 cüdoçu təmsil edəcək

“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Səməd Vurğunun qızı: Atamın ölümündən sonra arxivdə tamamlanmamış bir şeir tapdıq

Sərdar Salmanzadə: Uşaq futbolunun inkişafı üçün yarışların sayını artırmaq lazımdır - MÜSAHİBƏ

Lənkəran rayonunda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası olub

TDT regionu enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır - ŞƏRH

AZƏRTAC və Vyetnamın VNA xəbər agentliyi informasiya mübadiləsini gücləndirəcəklər

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət ediblər - YENİLƏNİB VİDEO

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət ediblər - YENİLƏNİB VİDEO

Energetika Nazirliyində İctimai Şuranın növbəti iclası baş tutub

Ombudsman: Sülh mədəniyyətinin möhkəmləndirilməsi hər birimizin gündəlik münasibətlərindən başlayır

Bakının daha iki küçəsində avtobuslar üçün xüsusi hərəkət zolağı təşkil edilib

AMB nümayəndəsi: Azərbaycanda Y və Z nəsilləri krediti daha çox maliyyə aləti kimi nəzərdən keçirirlər

Azərbaycanın U-20 millisi yoxlama oyununda heç-heçə edib

Bakı və Hamburq limanları arasında əməkdaşlıq güclənir

Bakı beynəlxalq telekommunikasiya ekspertlərini bir araya gətirib

Naxçıvan Dövlət Universiteti yenidən təşkil edilir

Mərkəzi Bankın şöbə rəisi: Rəqəmsal platformalar gənclərin investisiyalara marağını artırır

DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı olub VİDEO

DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı olub VİDEO

MEK-də Dövlət Suverenliyi Gününə həsr olunmuş mühazirə dinlənilib

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 27 fevral tarixli 367-VIIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Saz və Balaban”: Estoniyada Azərbaycan folklor musiqisi və rəqsləri təqdim olunub

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 fevral tarixli 38 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

İctimai iaşə müəssisələrində aşkar edilmiş nöqsanlar aradan qaldırılıb

“Bakı Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyinə verilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 30 noyabr tarixli 228 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda və 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Etnoqraf: Milli geyim gündəlik həyatımızın bir hissəsinə çevrilməlidir

Kompüter və telefon ekranlarının gözlərə təsiri: Göz sağlamlığımızı necə qoruyaq? - Oftalmoloqdan tövsiyələr

AQTA: Qida müəssisələrində HACCP sisteminin tətbiqi genişləndiriləcək

AFFA-da Region Liqasının yeni mövsümünün formatı təqdim olunub

“Sülhün rəngləri” adlı inklüziv rəsm sərgisi təşkil olunub

Kimya İnstitutunun əməkdaşı metanın çevrilməsində istifadə olunan katalizatorları araşdırıb

Yaponiyalı doktorant Azərbaycan botanikləri ilə birgə mamır növünün populyasiya genomikasını araşdırır

Azərbaycandan ixrac olunan çayın dəyəri 5 milyon dolları ötüb – QRAFİK

Məhkəmə Ekspertizasının Metodik Fondu istifadəyə verilib

Koreyalılar Azərbaycan dastanları barədə məlumatlandırılıblar

Çin eksperti: Azərbaycan və Çin arasında yaşıl enerji sahəsində əməkdaşlığın böyük potensialı var ŞƏRH

Şərqşünas-alim VIII Beynəlxalq İstanbul Aktual Elmi Tədqiqatlar Konfransında məruzə edib

Sabah Xətai rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq

Milli Məclisin İnsan hüquqları komitəsinin payız sessiyasında ilk iclası keçirilib

Azərbaycanın müalicə-sağlamlıq turizmi potensialı beynəlxalq auditoriyaya təqdim edilib

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Ukraynanın taxıl ixracı 22 faiz azalıb

15 yaşınadək oğlanlar arasında futbol üzrə dünya çempionatı ilə əlaqədar viza prosedurları sadələşdirilir - SƏRƏNCAM

Son 25 il ərzində orta ixtisas təhsili müəssisələrində tələbələrin sayı 23,2 min nəfər artıb

Özünüməşğulluq proqramı üzrə regionlarda 93 min şəxs üçün kiçik təsərrüfatlar qurulub

15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Masallıda qanunsuz toyuq kəsimi sexləri aşkarlanıb VİDEO

Masallıda qanunsuz toyuq kəsimi sexləri aşkarlanıb VİDEO

“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur

AZAL Mərkəzi Asiya ölkələrinə həftədə 47 reys yerinə yetirir, bu il 400 minədək sərnişin daşıyıb

İnternat müəssisələrində valideyn himayəsindən məhrum uşaqların sayı açıqlanıb

Amerikalı baş məşqçi: “Gəncə” komandasında fərqli və qeyri-standart yanaşmalardan istifadə edəcəyik -MÜSAHİBƏ

® “Carlsberg Azerbaijan” “Xəzəri qoruyaq!” sahilyanı təmizlik aksiyasına qoşulub

Dövlət ümumi təhsil müəssisələrində müəllimlərin 82,5 faizini qadınlar təşkil edir

Göylərdə keçən ömür – Rafiq Səlimovun xatirələri

Türk dünyasının birliyi: Bakı görüşləri və strateji müttəfiqliyin yeni mərhələsi - ŞƏRH

ADPU tədqiqat universiteti olmaq üçün yeni hədəflər müəyyənləşdirib

“Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda seminar təşkil olunub VİDEO

“Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda seminar təşkil olunub VİDEO

Qeyri-neft-qaz sektorunda artım iqtisadi şaxələndirməni gücləndirir

ADAU ilə “TEG Agroservis” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb VİDEO

ADAU ilə “TEG Agroservis” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb VİDEO

Azərbaycan FAST çərçivəsində iqlimədavamlı kənd təsərrüfatı üzrə təşəbbüslərini təqdim edib

Ümumi təhsil müəssisələrinin məzunlarının sayı artıb

Naxçıvan Dövlət Universitetinin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Monteneqro millisinin sabiq basketbolçusu “Neftçi”yə keçib

Fransada silahlı insident: Ölən və yaralanan var

İİTKM ilə İslam İnkişaf Bankı arasında əməkdaşlıq məsələləri dəyərləndirilib

"Araz-Naxçıvan" baş məşqçisi ilə yollarını ayırıb

Qafqaz Albaniyasının mədəni irsi - tədqiqat

“Bitcoin”in qiyməti 8 ayın maksimumuna yüksəlib

Baş məşqçi: Dünya Kuboku inkişaf baxımından üzgüçülərimiz üçün mühüm imkanlar yaradacaq

Qazaxıstanda Beynəlxalq Sığorta Forumunda ölkəmizdə sığorta sektorunda aparılan islahatlar barədə məlumat verilib

“Biletim.az” portalında daha bir funksiya aktivləşdirilib

Media nümayəndələri “B-READY” hesabatının metodologiyası barədə məlumatlandırılıblar

Birinci sinfə qəbul olunan şagirdlərin sayı illər üzrə dəyişib

Ötən həftə 269 mina və 745 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Azərbaycanın turizm imkanları Pakistanda təqdim edilib

Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub

Tarixçi-alim: Alban irsinin öyrənilməsində toponimlər mühüm mənbədir

Baş Prokurorluq ilə BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi arasında əməkdaşlıq genişləndirilir

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Retro-dalğası” adlı xor konserti olub

Ramananın tarixi abidələri vahid turizm marşrutuna daxil ediləcək