Formula 1 Azərbaycan Qran-Prisi Türkiyə mediasının diqqət mərkəzindədir
Ankara, 25 sentyabr, AZƏRTAC
Türkiyənin aparıcı xəbər agentlikləri, televiziya kanalları, çap mediası və xəbər portalları Formula 1 Azərbaycan Qran-Prisini geniş şəkildə işıqlandırır.
AZƏRTAC xəbər verir ki, onuncu dəfə Bakıda keçirilən yarışla bağlı reportajlar və nəşrlərlə yanaşı, infoqrafika da hazırlanıb.
Qardaş ölkədəki idman azarkeşlərinə çempionatda iştirak edən komandaların sayı, eləcə də yarış trasının uzunluğu barədə məlumat verilib.
Nəşrlərdə dünyanın ən məşhur pilotlarından bəzilərinin - Luis Hemilton, Corc Rassel, Maks Ferstappen, Şarl Lekler və digərlərinin Azərbaycan Qran-Prisində iştirakı vurğulanıb.
Qeyd olunur ki, Formula 1 təqvimində Bakı Şəhər Halqası 20 kəskin dönüş və 51 dövrə ilə ən uzun dövrələrdən biri hesab olunur.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara