Formula-1 Azərbaycan Qran-Prisi üçün alınan vauçerlərin biletlərlə dəyişdirilməsinə başlanılıb
Bakı, 2 iyun, AZƏRTAC
Formula-1 Azərbaycan Qran-Prisinə bilet alan tamaşaçılar şəhərin kassalarında vauçerlərini biletlərlə dəyişdirə bilərlər. Bu proses iyunun 25-dək davam edəcək.
AZƏRTAC “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin saytına istinadla xəbər verir ki, bilet dəyişdirməyə gələn tamaşaçılar özləri ilə şəxsiyyət vəsiqələrini gətirməlidirlər. Vauçerləri yalnız adları onların üzərində qeyd olunan şəxslər dəyişdirə bilərlər. Bilet satışı kassalarda, həmçinin onlayn qaydada davam edəcək.
Onlayn alınan vauçerlər Formula-1 Azərbaycan Qran-Prisi başlayanadək müvafiq kassalarda biletlərin əsli ilə dəyişdirilməlidir. Vauçerlərlə yarış məkanına daxil olmağa icazə verilməyəcək.
Yarış həftəsonu ərzində tamaşaçılar şəhərin kassaları ilə yanaşı, yarış məkanının girişlərində quraşdırılmış bilet satışı məntəqələrində də vauçerləri dəyişə biləcəklər. Bilet sahiblərindən xahiş olunur ki, vauçerlərin dəyişdirilməsini sonuncu günə saxlamasınlar. Əks halda kassaların önündə uzun növbələr yarana bilər.
Biletlə əlaqədar yaranmış sualları [email protected] elektron ünvanına göndərə bilərsiniz.
Satışda olan biletlər və tribunalar haqqında ətraflı məlumat üçün aşağıdakı keçidə daxil olmaq olar: www.bakucitycircuit.com.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:48]
FHN-in əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar
- 11.06.2026 [19:21]
“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb
- 11.06.2026 [18:52]
“Zirə” milli komandanın futbolçusunu transfer edib
- 11.06.2026 [18:39]
“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb
- 11.06.2026 [17:53]
“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb
- 11.06.2026 [17:36]
“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib
- 11.06.2026 [17:33]