Formula 1 Azərbaycan Qran-Prisinin yekunlarından maraqlı statistik seçmələr
Bakı, 30 aprel, AZƏRTAC
Bakıda təsnifatın qalibi olan Valtteri Bottas mövsümdə ikinci, karyerasında isə səkkizinci poul-mövqeni qazanıb.
AZƏRTAC xəbər verir ki, Con Sertiz, Rikkardo Patreze və Censon Batton da eyni sayda poul-mövqeyə sahibdirlər. Finlandiyalılar arasında daha çox poul-mövqe Miki Hakkinenin (26) hesabındadır.
Luis Hamilton vaxt baxımından ikinci nəticə göstərib. “Mercedes” yürüşçüləri komanda tarixində 62-ci dəfə təsnifat nəticələrində ilk iki sıranı tutublar. 13-cü dəfə bu yürüşçülər Hamilton və Bottas cütlüyü olub.
Maks Ferstappen, Serxio Peres və Corc Rassel mövsüm ərzində dördüncü dəfə öz komanda yoldaşlarını geridə qoyublar. Yalnız 3 komandada indi hesab 4:0-dır.
Təsnifat yarışlarının ən yaxşı nəticələrinə görə iki komandada - “Mercedes” və “McLaren”də hesab heç-heçədir (2:2).
Təsnifatda beşinci olan Serxio Peres mövsümdə və ötənilki Belçika Qran-Prisindən sonra ən yaxşı nəticəyə nail olub. O zaman Peres təsnifatda dördüncü idi.
Daniil Kvyat təsnifatda altıncı olmaqla Bakıda keçirilən 2016-cı il Avropa Qran-Prisindən bəri özünün ən yaxşı nəticəsinə sahib olub. Təsnifatda yeddinci olan Lando Norris öz karyerasında ən yaxşı nəticə əldə edib.
YÜRÜŞ
Bakıdakı yürüşdə qalib gələn Valtteri Bottas bu mövsümdə ikinci qələbəsinə, karyerasında isə Cüzeppe Farin, Kley Reqatsioni, Con Uotson, Mikele Alboreto və Maks Ferstappendəki kimi beşinci qələbəsinə nail olub.
Luis Hamilton finişdə ikinci olmaqla ardıcıl 16 yürüşdə xal qazanıb.
“Mercedes”də mövsümün başlanğıcından ardıcıl olaraq dördüncü dəfə qələbə dublu yerinə yetirərək yeni rekord müəyyən ediblər. Bundan əvvəl komandaların heç birinə ilə belə məhsuldar başlamaq nəsib olmamışdı.
Sebastian Fettel finişə üçüncü çatmaqla bu mövsümdə ən yaxşı nəticəsini təkrarladı. Bu, almaniyalının karyerasında üçüncü yerdə 30-cu finişi idi.
Şarl Lekler yürüşün ən yaxşı dövrəsini icra edib. Bu, “Ferrari” bolidi üçün Formula 1 tarixində 250-ci ən yaxşı dövrə idi.
Finişin altıncısı olan Serxio Peres ötən il Belçika Qran-Prisindən sonra ən yaxşı nəticə göstərib.
Finişdə yeddinci olmaqla Karlos Sayns bu mövsümdə ən yaxşı nəticəyə nail olub.