Formula 1 cari mövsüm 3 sprint yarışının keçiriləcəyini təsdiqləyib
Bakı, 27 aprel, AZƏRTAC
Formula 1 cari mövsüm dünya çempionatı çərçivəsində 3 sprint yarışının keçiriləcəyini təsdiqləyib.
AZƏRTAC Formula 1-in saytına istinadla xəbər verir ki, sprint yarışları Silverstoun (Böyük Britaniya), Montsa (İtaliya) və San-Pauluda (Braziliya) təşkil olunacaq.
Yarış həftəsonunun cümə günündə sərbəst yürüşlərdən sonra ənənəvi təsnifat yarışları baş tutacaq ki, bu da sprintin start düzülüşünü müəyyənləşdirəcək. Şənbə günü keçiriləcək sprint yarışının nəticələrinə görə Qran-Prinin start düzülüşü bəlli olacaq.
Sprint yarışlarında ilk üç yeri tutacaq pilotlara xallar veriləcək. Birinci yerin sahibi 3, digər pillələrdə qərarlaşanlar isə müvafiq olaraq 2 və 1 xal qazanacaqlar.
Qeyd edək ki, bu il Formula 1 Azərbaycan Qran-Prisi iyunun 4-6-da Bakı şəhər halqasında təşkil olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2025 [20:46]
Bakıda Formula 1 həyəcanı – FOTOREPORTAJ
- 21.09.2025 [16:41]
Maks Ferstappen Formula 1 Azərbaycan Qran-Prisinin qalibi olub
- 21.09.2025 [08:00]
Bu gün Formula 1 Azərbaycan Qran-Prisinin qalibi məlum olacaq
- 20.09.2025 [13:53]
Formula 1: “McLaren”in pilotu üçüncü sərbəst yürüşün qalibi olub
- 19.09.2025 [21:49]
Formula 1 Azərbaycan Qran-Prisinin zərif “iştirakçısı”
- 19.09.2025 [18:09]
Formula 1 Azərbaycan Qran-Prisinin kuboku “Odlar Yurdu”na həsr olunub
- 19.09.2025 [17:06]