Formula 1-də mövsümün dördüncü yarışı İtaliyada keçiriləcək
Roma, 22 aprel, AZƏRTAC
Formula 1 üzrə dünya çempionatında mövsümün dördüncü yarışı İtaliyanın ev sahibliyi ilə keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Emiliya-Romanya Qran Prisində aprelin 22-23-də sərbəst yürüşlər və təsnifat mərhələsi olacaq. Aprelin 24-də isə yarış start götürəcək.
Yarış İtaliyanın İmola şəhəri ilə eyni adı daşıyan 4909 metrlik trasda 63 dövrədən ibarət olacaq.
Qeyd edək ki, bu mövsümdə “Ferrari”nin pilotu Şarl Lekler iki dəfə, “Red Bull” komandasının pilotu Maks Ferstappen isə bir dəfə podiumun ən yüksək pilləsinə qalxıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [12:28]
Qəbələ-Xankəndi Ultramarafonunda ilk mərhələnin qalibi bəlli olub
- 08.10.2026 [11:32]
Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik
- 08.10.2026 [11:15]
Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb
- 08.10.2026 [11:01]
Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq
- 08.10.2026 [10:22]
Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək
- 08.10.2026 [10:04]