İDMAN
Formula-1: FIA trasın konfiqurasiyasına bəzi düzəlişlər edib
Bakı, 18 iyun, AZƏRTAC
Yürüşçülərin Bakı trasında ilk dəfə işlədikləri iyunun 17-nin yekunlarına dair iradlara cavab olaraq Beynəlxalq Avtomobil Federasiyasında (FIA) onun konfiqurasiyasına bəzi düzəlişlər edilib.
AZƏRTAC xəbər verir ki, 6-cı və 12-ci döngələrdən çıxışda bərkidilməsi problem yaradan porebriklər sökülüb və onların çəkilmiş surəti ilə əvəzlənib.
İyunun 17-də keçirilən brifinqdə yürüşçülərin sürəti saatda 340 kilometrdən 60 kilometrədək kəskin azaltdıqları bokslara təhlükəli giriş müzakirə edilib. Təsdiqlənib ki, əgər hər hansı yürüşçü vaxtından azacıq əvvəl tormozlasa, orada qəza riski yüksəkdir. Sürətlə və yavaş gedən maşınları ayıran ağ xətt nişanları düz yoldakı təpəciklərdə vibrasiyalar səbəbindən görünmür. Bu xətti bir qədər qabağa və sola çəkmək qərara alınıb. Trasın sol hissəsini daha yavaş gedən maşınların ixtiyarına buraxıb bokslara girəcəkləri təqdirdə yürüşçülərə bu xətti təhlükəsizlik mülahizələri baxımından keçməyə icazə verilib.
Pit-leyndən çıxışda sol döngədəki porebrik də onun çəkilmiş surəti ilə əvəzlənib.