Formula-1: Porebriklərin bərkidilməsi problemi həll edilib
Bakı, 17 iyun, AZƏRTAC
Bakı trasında porebriklərin möhkəm bərkidilməsi işləri başa çatıb. İkinci məşq vaxtında başlayacaq.
AZƏRTAC xəbər verir ki, Bakıda GP2 seriyasında təsnifat yürüşləri başlamamış dayandırılıb. Məlum olub ki, səhər məşqləri zamanı Formula-1-in bir çox maşınlarının şinləri zədələnib. Problemi porebrikləri asfalta bərkidən boltlar yaradıb. Ağırlığa davam gətirməyən boltlar boşalaraq açılıb və şinlərə ziyan vurub.
Almaniyanın ”Auto Motor und Sport” nəşrinin məlumatına görə, söhbət birinci məşq zamanı istifadə olunan dəstlərin 90 faizinin sol arxa şininin səthinin zədələnməsindən gedir. Şinlərdə kiçik cızıqlar yaranıb, amma bu zədələrdən heç biri nəticəsində təzyiq itirilməyib.
Nəticədə vintləri qaynaqla bərkitmək qərara alınıb. FIA yürüşlərinin direktoru Çarli Uaytin təsdiqləyib ki, indiki mərhələdə işlər başa çatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [22:52]
“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib
- 13.10.2026 [21:21]
Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub
- 13.10.2026 [19:40]
Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb
- 13.10.2026 [19:01]
Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib
- 13.10.2026 [17:29]
Asim Xudiyev UEFA-dan təyinat alıb
- 13.10.2026 [17:06]
UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub
- 13.10.2026 [16:42]