Formula 1: Pyer Qasli sıralanma turunda da mübarizəni erkən başa vurub
Bakı, 28 aprel, AZƏRTAC
“Alpine” komandasının pilotu Pyer Qasli Formula 1 Azərbaycan Qran-Prisinin sıralanma turunda da mübarizəni dayandırıb.
AZƏRTAC xəbər verir ki, idarəetməni itirən pilotun bolidi təhlükəsizlik səddinə çırpılıb. Yararsız hala düşən bolid hazırda trekdən kənarlaşdırılır.
Yarışda müvəqqəti fasilə yaranıb və qırmızı bayraq qaldırılıb.
Xatırladaq ki, P.Qasli bu gün keçirilən sərbəst yarışda da mübarizəni erkən başa vurmuşdu.