CƏMİYYƏT
Fövqəladə Hallar Nazirliyinin amfibiya tipli təyyarəsi Türkiyədə yanğınlarla mübarizəyə başlayıb VİDEO
Bakı, 24 iyun, AZƏRTAC
Məlumat verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasındakı meşə yanğınlarının daha geniş miqyas almasına imkan verilməməsi və söndürülməsinə köməklik məqsədilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə qardaş ölkəyə göndərilib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu gün səhər saatlarından etibarən təyyarə Türkiyənin Muğla bölgəsində yanğınlarla mübarizə tədbirlərinə başlayıb.