Fransa 14 liviyalı diplomatın ölkədən çıxarıldığını bəyan etmişdir
Paris, 7 may ( AZƏRTAC ). Fransa Xarici İşlər Nazirliyi mayın 6-da Liviya dövlətinin başçısı Müəmmar Qəddafi rejimi ilə yaxınlıq etməkdə müqəssir bilinən 14 liviyalı diplomatın ölkədən çıxarılmasının qərara alındığı barədə bəyanat yaymışdır.
Bəyanatda bildirilir ki, 14 liviyalı diplomat Fransa üçün arzuolunmaz şəxs hesab olunmuş və onlar ölkə ərazisini 24-48 saat ərzində tərk etmələri haqda xəbərdarlıq edilmişdir.
Fransa xarici siyasət idarəsi bu məsələdə BMT Təhlükəsilik Şurasının Liviya ilə bağlı qərarının əsas götürdüyünü və M.Qəddafi rejiminə müxalif olan Liviya Milli Keçid Şurasını tanıdığı üçün belə bir addım atdığını bildirmişdir.
Xatırladaq ki, Liviyanın Fransadakı səfiri, eyni zamanda YUNESKO yanındakı daimi nümayəndəliyinin rəhbəri hələ fevral ayında istefa verərək ölkəni tərk etmişdir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [17:59]
SEPAH ABŞ ilə hərbi qarşıdurmanın başa çatmasının mümkün olduğunu açıqlayıb
- 09.09.2026 [17:56]
“Samsung”un rəhbəri anasından 1,42 milyard dollarlıq səhm alır
- 09.09.2026 [17:07]
ABŞ-İran hərbi toqquşmaları, iqtisadi nəticələr – Analitik icmal
- 09.09.2026 [16:24]
İraq OPEC üzrə istehsal kvotasının artırılmasını tələb edir
- 09.09.2026 [16:24]
Türkiyənin Atatürk Universiteti öz süni intellekt sistemini yaradıb
- 09.09.2026 [15:41]
Şahzadə Uilyam Norveç Kralı V Haraldın dəfn mərasimində iştirak edir
- 09.09.2026 [15:35]