FRANSA AVİASƏRNİŞİNLƏRDƏN ƏLAVƏ VERGİ TUTACAQDIR
AZƏRTAC xarici informasiya agentliklərinə istinadla xəbər verir ki, Fransanın hava limanlarından uçan sərnişinlər iyulun 1-dən əlavə vergi ödəyəcəklər. Bu vəsait inkişaf etməkdə olan ölkələrin tibbi ehtiyaclarına yönəldiləcəkdir. Avropa reyslərinin ekonomklas sərnişinlərindən 1 avro, imtiyazlı biznesklas sərnişinlərindən isə 10 avroyadək vergi tutulacaqdır. Uzaq reyslərdə verginin məbləği müvafiq surətdə 4 avro və 40 avro olacaqdır.
Fransanın təşəbbüsünü Lüksemburq, İordaniya, Madaqaskar, Nikaraqua, Mavriki, Norveç, Kipr, Konqo, Kot-d”İvuar, Braziliya və Çili də dəstəkləmək fikrindədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [20:28]
Tramp husilərə xəbərdarlıq edib
- 13.10.2026 [20:24]
ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək
- 13.10.2026 [20:21]
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir
- 13.10.2026 [18:49]
Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib
- 13.10.2026 [18:42]