FRANSA HÖKUMƏTİ VƏZİYYƏTİ NƏZARƏTƏ GÖTÜRÜR
Bu, Dominik de Vilpen hökumətinin sərt və eyni zamanda, tarazlı fəaliyyəti hesabına vəziyyətin bütövlükdə nəzarət altına alınmasına dəlalət edir. Beş departamentdə tətbiq olunan və Orlean, Ruan, Amyen, Havr şəhərlərini əhatə edən komendant saatı daha səmərəli təsir göstərmişdir.
İlkin məlumata görə, noyabrın 9-na keçən gecə 558 maşın yandırılmışdısa, ötən gecə 394 maşın sıradan çıxarılmış, ictimai binaların yandırılması barədə məlumat alınmamışdır. Talanların 169 iştirakçısı saxlanılmışdır. Polislər və təhlükəsizlik qüvvələri arasında yaralananlar yoxdur.
Daxili işlər naziri Nikolya Sarkozi parlamentdə çıxışında bildirmişdir ki, iğtişaşlarda iştirak edən əcnəbilər, vizaları olsa belə, ölkədən çıxarılacaqlar.
Rəsmi məlumata görə, son günlər saxlanılan 2 min talançıdan 130 nəfəri əcnəbi vətəndaşlardır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]