Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fransa Milli Assambleyasının qarşısında etiraz nümayişi keçirilib VİDEO

Paris, 28 noyabr, AZƏRTAC

Azərbaycan diasporunun üzvləri erməni lobbisinin oyuncağına çevrilmiş fransız deputatların ölkəmizə qarşı sanksiyalar tətbiq olunmasına dair qərəzli və ədalətsiz qətnamə layihəsinə etiraz olaraq Fransa Milli Assambleyasının qarşısında mitinq keçiriblər.

AZƏRTAC xəbər verir ki, etiraz nümayişinin iştirakçıları fransız deputatlardan ədalətli olmağı, terrorizmə yox deməyi, regionda sülhün bərqərar olunmasına töhfə verə bilmədikləri halda, ən azından neytral qalmağı, xalqlar arasına nifaq toxumu səpməməyi tələb ediblər.

Etirazçılar “Ədalət tələb edirik!”, “Terrorizmə YOX deyirik!”, “Milli Assambleya ədalətli olmalıdır!”, “Cənubi Qafqazda sülhün bərqərar olunması üçün Fransa neytral olmalıdır!”, “Erməni terrorizminə son qoyun!”, “Erməni yalanlarına uymayın!”, “İkili standartlara son qoyun!”, “Təcavüzkar ölkəni dəstəkləməyin!” kimi şüarlar yazılmış plakatlar tutub və səsləndiriblər. İştirakçılar əllərində Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlılara qarşı törədilmiş qətliamları, Xocalı soyqırımını əks etdirən fotoşəkillər, o cümlədən amansızlıqla qətlə yetirilmiş dinc azərbaycanlı qadın və uşaqların fotolarını nümayiş etdiriblər.

Diaspor fəallarımız Azərbaycan icması adından çıxış edərək, fransız deputatları ədalətli olmağa, balanslı debatlar aparmağa çağırıblar.

Soydaşlarımız Fransa mediasında, televiziya kanallarında aparılan debatların birtərəfli olduğuna etiraz edərək, belə debatlara Azərbaycan nümayəndələrinin də dəvət olunmasını tələb ediblər. Bildirilib ki, Azərbaycan-Ermənistan münasibətlərinə dair müzakirələr, hökumətə suallar, hətta qətnamələr, sistemli şəkildə irəli sürülən fikirlər yalnız erməni lobbisinin mövqeyini əks etdirir. Bu isə fransız deputatların erməni lobbisinin oyuncağına çevrildiyini bir daha təsdiqləyir. Deputatların çıxışları aydın göstərir ki, onlar regiondakı reallıqlardan bixəbərdirlər. Onlar erməni lobbisinin yazıb onlara verdiyi mətnləri anlamadan təkrar edirlər. Onların təklif etdikləri qətnamə layihəsi ədalətsizdir və reallığı əks etdirmir. Bu, erməni lobbisi və onların havadarlarının Azərbaycana qarşı apardıqları qərəzli kampaniyanın tərkib hissəsidir. Soydaşlarımız bir daha diqqəti Fransada Azərbaycan əsilli fransızlara qarşı media blokadasına çəkərək, bunun demokratiyaya zidd olduğunu bildirib, Azərbaycanın yalnız sülhü təşviq etdiyini vurğulayıblar.

Soydaşlarımız fransız deputatların yalnız bir tərəfin - ermənilərin maraqlarını müdafiə etmələrinə narazılıqlarını bildirərək, onların qərəzli münasibətlərini qətiyyətlə pislədiklərini və rədd etdiklərini diqqətə çatdırıblar. Etiraz mitinqinin iştirakçıları Cənubi Qafqazda davamlı sülhün bərqərar olunması üçün Fransanın bitərəf qalmasının vacibliyini xatırladıblar. Belə düşünülməmiş addımın ciddi nəticələr doğuracağı, regionda münaqişəni yenidən alovlandıra biləcəyi qeyd edilib. Etirazçılar bəzi fransız siyasətçilərin irqçi dünyagörüşünün və şəxsi ambisiyalarının, eləcə də erməni əsilli fransızların tutduqları mövqenin təhlükəli olduğunu, Cənubi Qafqazda gələcək eskalasiyalara zəmin yarada biləcəyini vurğulayaraq onları dərindən düşünməyə çağırıblar.

Eyni zamanda bildirilib ki, Azərbaycan regionda davamlı sülhə nail olmaq üçün bütün səylərini səfərbər etdiyi vaxtda fransız siyasətçilər və parlamentarilər təhlükəli mövqeləri ilə regionda sülhün bərpa edilməsində maraqlı olmadıqlarını göstərir, qərəzli çıxışları ilə vəziyyəti daha da mürəkkəbləşdirirlər. Hökumətdən Ermənistanı silahlandırmaq tələbi ilə fransız deputatlar regionun sabitliyinin təmin edilməsində maraqlı olmadıqlarını açıq-aydın göstərirlər.

Fransanın birtərəfli davranışdan əl çəkməsi və daha tarazlaşdırılmış mövqe tutmasının vacibliyini vurğulayaraq, birtərəfli ittihamlar və sanksiyalarla vəziyyəti gərginləşdirməməyə, Azərbaycana qarşı iqtisadi təzyiq siyasəti ilə sadə avropalılara yeni problemlər və çətinliklər yaratmamağa çağırıblar.

Həmçinin qeyd edilib ki, Fransada keçirilən seçkilərə kifayət qədər təsir imkanları olan erməni əsilli fransızların böyük əksəriyyəti Ermənistana heç vaxt ayaq basmayıblar. Qətnamənin müəllifləri sülhə nail olmaq üçün tərəfləri qarşılıqlı yaxınlaşmaya sövq etmək əvəzinə, Ermənistanı müasir fransız silahları ilə silahlandırmağa çağıraraq regionda münaqişəni yenidən alovlandırmağa cəhd göstərirlər.

Etiraz mitinqinin iştirakçıları, həmçinin bildiriblər ki, Fransa Milli Assambleyası xalqlar arasına nifaq toxumu səpmək, qərəzli qətnamələr qəbul etmək əvəzinə, regionda sülhə, sabitliyə və tərəqqiyə xidmət edən, ölkənin maraqlarına uyğun gələn və regionun davamlı inkişafına töhfə verəcək fəaliyyətlərlə məşğul olsalar, daha faydalı ola bilərlər.

Qeyd edək ki, 30 il erməni işğalı və təcavüzü müddətində qəflət yuxusunda olmuş Fransa parlamentariləri bu gün Azərbaycanın Zəfərini həzm edə bilmirlər. Fransa Milli Assambleyasının anti-Azərbaycan yanaşması yenidən özünü göstərməkdədir. Regiondakı reallıqlardan bixəbər fransız deputatlar bu gün “Azərbaycanın Ermənistana qarşı təcavüzünə son qoyulması və Cənubi Qafqazda davamlı sülhün bərqərar edilməsinə” dair qətnamə layihəsini müzakirəyə çıxaracaqlar. Ancaq lazımsız kağız parçası olan bu qətnamə layihəsi ürək bulandırmaqdan başqa bir şey deyil.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris 

Fransa Milli Assambleyasının qarşısında etiraz nümayişi keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çin və ABŞ 60 milyard dollarlıq sövdələşmə barədə razılığa gəlib

Şəhid anası: Ən böyük əsərim oğlum Emil oldu

FAO və Xəzər Universiteti quduzluğun qarşısının alınmasında birgə səyləri gücləndirməyə çağırır

“Mançester Siti”nin maliyyə qaydalarının pozulması ilə bağlı işi illərlə davam edə bilər

Çin XİN: BMT-nin yeni Baş katibi səriştəli, qərəzsiz və dürüst olmalıdır

Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib

“Birinci Türkoloji Qurultay 100: tarixə nəzər” – yeni nəşr

Seyid Yəhya Bakuvi irsi - əsrlərin yaddaşına həkk olunan irfan məktəbi

Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır

Qripə qarşı peyvənd nə vaxt vurulmalıdır? – TƏBİB açıqlayır

Ukrayna ordusu Rusiyanın Krasnodar diyarında dörd neft bazasına zərbələr endirib

“Şərq memarlıq ənənələri və Əcəmi Naxçıvani” - elmi sessiya

“HÜRKUŞ-II” təlim təyyarələrinin ilk partiyası Türkiyə HHQ-ə təhvil verilib

Böyük Britaniya strateji hərbi layihələrdə xarici şirkətlərin iştirakını məhdudlaşdırır

Naxçıvan Muxtar Respublikasının təhsil naziri kollektivə təqdim olunub

“Turan” klubunun Çempionlar Liqasındakı ilk ev oyununun biletləri pulsuz olacaq

Azərbaycanın investisiya imkanları yeni mərhələdə - ŞƏRH

Sudan və Efiopiya üsyançı qüvvələri dəstəkləməkdə ittiham olunur

Kardioloq: Ürək-damar xəstəliklərinin qarşısının alınması üçün sağlam həyat tərzi və düzgün qidalanma vərdişləri vacibdir

AQTA-nın sədri sahibkarları dinləyəcək

® Yerli ekspertiza Azərbaycanın investisiya cəlbediciliyinin hərəkətverici qüvvəsi kimi

Türk İnvestisiya Fondu Almatı Beynəlxalq Hava Limanının modernləşdirilməsinə maliyyə vəsaiti ayırıb

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Böyük Qayıdış: Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası olub

Vətən müharibəsi şəhidləri Tallində yad edilib

Sabah bəzi yerlərdə yağış yağacaq

® Qızıl payız fürsəti lombard kreditində aylıq cəmi 1 faizdən başlayır

Qazaxıstan nümayəndə heyəti Azərbaycan Mərkəzi Bankında olub

Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub

Bu ilin ilk 8 ayında Palçıq Vulkanları Turizm Kompleksində 150 ölkədən 26 mindən çox turist olub

Avrokomissar üzv ölkələri enerji istehlakını azaltmağa çağırıb

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Yanvar-avqust aylarında 32 min 440 uşağa reabilitasiya xidmətləri göstərilib

Bakının bir neçə küçəsində həftəsonları avtomobillərin hərəkətinə qoyulan qadağa bütün günləri əhatə edəcək

Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır

Qazaxıstan millisinin sabiq məşqçisi “Sabah” klubunda təcrübə keçəcək

Hesabat: TDT ölkələrinin ticarət həcmi 1,27 trilyon dollara çatıb

İsrail Niderlandın Fələstindəki nümayəndələrinin diplomatik statusunu ləğv edib

Qarabağ və Şərqi Zəngəzurda məşğulluq imkanları genişlənəcək - ŞƏRH

Bir əsri geridə qoyan ömür: Azərbaycanın ən yaşlı sakini Rubeydə Gülməmmədovanın həyat yolu

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Lalə Əliyeva: Nizami Gəncəvi mənəvi əbədilik qazanan elm, ürfan və poeziya günəşidir

Qazaxıstanda “Starlink Mobile” peyk mobil şəbəkəsi istifadəyə verilib

“Cahangirbəyli” stansiyasında indiyədək 45,6 milyon kilovat/saat enerji istehsal edilib

Türk ekspert: Avrasiyanın yolları Azərbaycanda kəsişir

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət edirlər

Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb

İnvestorlar nə üçün məhz Azərbaycanı seçirlər?

® “Unibank” və FMO əməkdaşlığı bərpa edir: 50 milyon dollar kredit sazişi imzalanıb

Ekspert: İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin böyük iqtisadi potensialını göstərdi

Baş prokuror: Veteranlarla əməkdaşlığı davam etdirəcəyik

Azərbaycan komandası kibertəhlükəsizlik üzrə beynəlxalq yarışda uğur qazanıb

Vətən dar gündə tanınar: 44 günün dövlətçilik və milli həmrəylik dərsləri - ŞƏRH

Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var

Finlandiya müdafiə naziri İsrail silahlarına üstünlük verdiyini bildirib

Lüksemburqda 27 Sentyabr - Anım Günü qeyd olunub

İşğalın ağır mirası: Azərbaycanın təbii sərvətləri necə talan edilib? - ŞƏRH

“İnter” Hakan Çalhanoğlunun maaşında endirim istəyir

Gürcüstan Asiya İnfrastruktur İnvestisiya Bankı ilə Orta Dəhlizlə bağlı 158,5 milyon avroluq müqavilə imzalayıb

Türkiyə ildə 50 ton qızıl hasil edə bilər

Gənc Tamaşaçılar Teatrında “İnanıram” tamaşası nümayiş olunub

Sentyabrda Yaxın Şərq ölkələrinin neft ixracı fevraldan bəri ən yüksək göstəriciyə çatıb

DİM-in sürücülük imtahanında 580-dən çox namizəd iştirak edəcək

“İki əsgər” Şuşa Dövlət Musiqili Dram Teatrında

Çin üç mühüm sahədə ABŞ ilə razılıq əldə etdiyini açıqlayıb

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir VİDEO

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 28 sentyabr

Azərbaycan və Türkiyə şahmat sahəsində əməkdaşlığı genişləndirəcək

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Amağu məbədi

® “KitKat” fasiləsindən tribunaya: kampaniya qalibləri Formula 1® həyəcanını canlı yaşadılar

ABŞ məhkəməsi “Apple” şirkətinin 5,7 milyard dollar təzminat ödəməsinə qərar verib

Azərbaycanlı ekspert Beynəlxalq Nəqliyyat Forumunun tədqiqat layihəsinə rəhbərlik edəcək

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb VİDEO

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb VİDEO

Gənclər Kitabxanası Mir Cəlal Paşayevin elmi-ədəbi irsini müasir üsullarla təqdim edir

Gömrük Komitəsinin sədri Şirvanda vətəndaşların müraciətlərini dinləyəcək

Anım Günü “Azərxalça” ASC-də silsilə tədbirlərlə qeyd olunub

Baş Prokurorluğun nümayəndələri BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə XV Konqresində iştirak ediblər

Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər

İqtisadçı-alim: Azərbaycan biznes üçün maliyyə xidmətləri üzrə ən yüksək nəticəni göstərib

Gecə saatlarında Rusiya səmasında 254 dron vurulub

® Prokurorluq işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit

AMEA “Qarabağ: Arxeoloji mədəniyyətlər qovşağında” mövzusunda konfrans təşkil edəcək

ADPU-nun yeni strateji planı: 6 məqsəd, 34 konkret hədəf

Türk dünyası Anadolu-Cənubi Qafqaz-Türküstan geosiyasi xəttində yüksəlməyə davam edir - ŞƏRH

Mərkəzi Bank ilə “Citigroup” arasında strateji tərəfdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb

Paytaxtda avtobuslarla sərnişindaşıma 5,9 faiz artıb

“Azərişıq” nümayəndələri Şərurda fermer və sahibkarlarla görüşüblər

Fransada liseylərdə gərginlik: şagirdlər polis zorakılığından şikayət edir

BDU və 4SİM əməkdaşlığı: tələbələr üçün beynəlxalq sertifikat imkanı

Son iki gündə 99 cinayətin açılması təmin edilib

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

BDYPİ yük avtomobillərinin sürücülərinə çağırış edib

Nizami Gəncəvi irsi: Bəşəri dəyərlər və müasir gənclik

Azərbaycan Avropa Şurasının Təhsil üzrə Rəhbər Komitəsinin iclasında təmsil olunub

Polşalı jurnalist: Puxaç “Sabah”dakı uğurlu çıxışı ilə özünü xatırladaraq milli komandaya yenidən qayıtdı – MÜSAHİBƏ

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

ABŞ alimləri: Onurğa sümüyündə mineralların azalması idrak geriləməsi ilə nəticələnir

Azərbaycanın qarşısında duran əsas vəzifə gələcək nəsillərə güclü, suveren və qalib dövlət mirası ötürməkdir