FRANSA PENSİYAÇI HƏKİMLƏRİ İSTİLƏRLƏ MÜBARİZƏYƏ SƏFƏRBƏR EDİR
AZƏRTAC Bi-Bi-Si-yə istinadla xəbər verir ki, Fransanın səhiyyə naziri Ksavye Bertran tibb institutlarının tələbələrini və pensiyaçı həkimləri ölkədə səngimək bilməyən şiddətli istilərdən zərər çəkənlərə tibbi yardım göstərilməsində xəstəxanalarda öz həmkarlarına kömək göstərməyə çağırmışdır. İyulun 24-də Fransanın 900 özəl tibb klinikasından təqribən 600-də başlanan tətil vəziyyəti daha da çətinləşdirmişdir.
Bu arada selsi ilə 30 dərəcədən artıq temperatur nəticəsində azı 23 nəfər ölmüşdür. Hakimiyyət orqanları ehtiyatlanırlar ki, indiki istilər Fransada 2003-cü ildəki fəlakətli nəticələrə gətirib çıxara bilər. O vaxt qeyri-adi istilərdən 15 minədək adam vəfat etmişdi. Hazırda Fransa ərazisinin çox hissəsində “narıncı” dərəcəli həyəcan elan edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [11:45]
Fransa yeni gəlir mənbələri olmadan Aİ-nin gələcək büdcəsini dəstəkləməyəcək
- 15.10.2026 [11:31]
Qazaxıstanda “New Silk Way” beynəlxalq nəqliyyat-logistika forumu keçirilir
- 15.10.2026 [11:23]
Qara dənizdə tankerdə baş verən yanğın nəticəsində 8 nəfər itkin düşüb
- 15.10.2026 [11:18]
Keniyada Ebola virusuna ikinci yoluxma halı qeydə alınıb
- 15.10.2026 [11:08]
Pakistanda məktəbin damının çökməsi nəticəsində 19 nəfər həlak olub
- 15.10.2026 [10:55]