Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fransa Prezidentinin məqsədi Ermənistana dayaq duraraq sülh müqaviləsinin imzalanmasına mane olmaqdır

Fransa Prezidentinin məqsədi Ermənistana dayaq duraraq sülh müqaviləsinin imzalanmasına mane olmaqdır

Bakı, 18 fevral, AZƏRTAC

Münxen Təhlükəsizlik Konfransı (MTK) dünya nizamında təhlükəsizlik məsələlərinin və qlobal siyasi proseslərin çıxış yollarının müzakirəsi baxımından çox vacib platformadır. Təhlükəsizlik məsələləri təkcə siyasi məna daşımır. Bu gün həm də iqtisadi bağlantıların və təchizatların təhlükəsizliyinin təmini məsələləri hər zaman olduğundan daha vacibdir. Çünki Rusiya-Ukrayna müharibəsi dünyanın iqtisadi bağlantılarına, təchizat mənbələrinə və marşrutlarına yenidən baxılmasını zəruri edib. Bu baxımdan Rusiyaya tətbiq olunmuş sanksiyalar fonunda Asiya ilə Avropa arasındakı ənənəvi iqtisadi bağlantılarda çətinliklər yaranıb, yeni dəhlizlərin istifadəyə verilməsi daha da aktuallaşıb.

Bu fikirləri AZƏRTAC-a açıqlmasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.

O deyib: “Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində zamanında icra olunmuş nəqliyyat və enerji dəhlizləri Asiya ilə Avropa arasında ticari-iqtisadi əlaqələrinin davam etdirilməsində ölkəmizi vacib marşruta çevirib. O cümlədən Bakı Beynəlxalq Ticarət Limanı və Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu Orta Dəhlizin tərkib hissəsi olaraq bu dəhlizin yükgötürmə potensialının artırılması məsələlərini daha da aktuallaşdırıb. Bundan əlavə, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində alternativsiz mənbəyə çevrilməsi ölkəmizin əhəmiyyətini daha da artırıb. Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen ilə Bakıda imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumuna əsasən Azərbaycan 2027-ci ilə qədər TAP vasitəsilə təbii qazın ixracını 20 milyard kubmetrə, TANAP-la isə 32 milyard kubmetrə çatdırılmasını planlaşdırır. O cümlədən bərpaolunan enerjinin istehsalı və ixracı istiqamətində razılaşdırılmış layihələr Azərbaycanı Avropa üçün vacib partnyora çevirib”.

Deputat qeyd edib ki, fevralın 17-də başlayan 59-cu Münxen Təhlükəsizlik Konfransına Prezident İlham Əliyev ən vacib tərəfdaş və dünya gündəmini müəyyənləşdirən, düşüncələrini bölüşən mahir natiq kimi dəvət olunub. Dövlətimizin başçısının iştirak etdiyi enerji təhlükəsizliyi ilə bağlı dəyirmi masada səsləndirdiyi fikirlər dünya ictimaiyyəti tərəfindən çox maraqla izlənildi. O cümlədən Cənubi Qafqazda təhlükəsizliyin qurulmasına dair keçiriləcək panel iclası da çox maraqla gözlənilir. Prezident İlham Əliyevin bu panel iclasda da səsləndirəcəyi fikirlər yeni dünya nizamının yaranmasına töhfə verəcək.

Çox təəssüf ki, MTK beynəlxalq sülhə və təhlükəsizliyə xidmət etdiyi halda, Fransa Prezidenti Emmanuel Makronun “Fransa dünyada” adlı tədbirdə səsləndirdiyi absurd fikirlər bu konfransın mahiyyətinə böyük zərbə vurdu. Belə ki, E.Makronun çıxışında əks etdirdiyi birtərəfli yanaşmalar dünyada sülhün və təhlükəsizliyin yaranmasında Fransanın əngəl olduğunu nümayiş etdirdi. Fransa Prezidenti BMT TŞ-nin üzvlük formatından narazılıq etməklə qurumun “more inclusive” olmalıdır tezisini səsləndirdi. Onun bu çıxışları, eyni zamanda, Rusiyanı BMT TŞ-nin daimi üzvlüyündən uzaqlaşdırmaq məqsədi güdürdü. Həmçinin bu təşkilatda Fransanın təsir gücünü artırmaq istəyi də əsas istəklərdəndir. E.Makron yeni dünya nizamının təkcə Qərbin maraqlarına xidmət etməsini, bundan əlavə, Rusiyanın təsir gücünü aradan qaldırmaqla özlərinin imperialist maraqlarını sərbəst həyata keçirə bilmələrini istəyir.

“E.Makron Cənubi Qafqazın problemləri ilə bağlı səsləndirdiyi fikirlərində də Rusiyanın regionumuzda sülh yaradacağına inanmadığını bildirərək N.Paşinyanın yanında dayanmağa davam edəcəyini qeyd etdi. Fransa Prezidentinin N.Paşinyanın yanında olmağa davam etməsi və gərək avtokratik rejimlərlə işləyək deməsi Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin olunmasına böyük təhdiddir. Çünki Fransa Cənubi Qafqazda sülhü istəsəydi, öz bacısının yanında olmağa davam edəcəyini yox, neytral mövqe sərgiləyəcəyini bəyan etməli idi. Məhz ona görə də E.Makronun müəllifi olduğu Avropa İttifaqının monitorinq missiyası Ermənistana uzunmüddətli dövr üçün gəlir. Fransa Prezidentinin məqsədi Ermənistana dayaq duraraq sülh müqaviləsinin imzalanmasına mane olmaqdır. Təbii ki, onun bu yanaşması yeni dünya nizamının formalaşmasına və təhlükəsizliyinin yaranmasına böyük maneədir.

Tarixə nəzər salsaq, Fransanın müstəmləkəçi ölkə olduğunu görərik. Ona görə də Fransa kiçik ölkələrə də bu gözlə baxır. Amma E.Makron unudur ki, dünya dəyişilib və Azərbaycan ləyaqətli müstəqil ölkə kimi öz haqqını müdafiə etməyə qadirdir və dünya birliyi ancaq Fransadan ibarət deyil. 2022-ci ildə E.Makronun BMT TŞ-da Azərbaycana qarşı qəbul etdirmək istədiyi qətnamələrin iflasa uğraması və onun bu mətni rəzilcəsinə gündəlikdən çıxartması dünya birliyinin 5-dən böyük olduğunu və Azərbaycanın dünya birliyində ləyaqətli tərəfdaş olduğunu sübut etdi. E.Makron rəhbərliyi ilə Fransanın dünya nizamındakı nüfuzunu günü-gündən aşağı salır. Həmçinin Fransanın ədalətsiz ölkə obrazını nümayiş etdirməyə davam edir”, - deyə Azər Badamov vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərdə baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nın xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır

Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb

Nəqliyyat və anbar təsərrüfatı sektorunda yaradılan əlavə dəyərin həcmi açıqlanıb

Azərbaycanın futzal yığması Avropa çempionatının seçmə mərhələsinə əsas raunddan başlayacaq

Arxeoloqlar beynəlxalq simpoziumda Azərbaycanın qədim mağaraları barədə məruzə ediblər

Azərbaycanda İKT sektoruna investisiya 49 faizdən çox artıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb

Suriyada qaz kəməri partladılıb

Beynəlxalq İnvestisiya Forumunda imzalanan müqavilələr rəqəmsal inkişaf sahəsində texnologiyaların cəlbinə şərait yaradacaq

Azərbaycanın voleybol üzrə qızlardan ibarət yığmalarının yeni baş məşqçisi müəyyənləşib

Səudiyyə Ərəbistanı ABŞ ilə Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın qadın basketbolçulardan ibarət millisinə yunanıstanlı baş məşqçi təyin olunub

Azərbaycan alimləri beynəlxalq konfransda süni intellekt və kompüter dilçiliyi mövzusunda çıxış ediblər

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Yol polisindən at arabalarını idarə edənlərə xəbərdarlıq

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Britaniya parlamentarilərinə Orta Dəhlizin perspektivləri təqdim olunub

Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Cəlilabadda yaşayış evində yanğın olub

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir VİDEO

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir VİDEO

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB 2 VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB 2 VİDEO