Fransa qırıcı pilotları hazırlamaq üçün Ukraynanın müraciətinə baxır
Bakı, 31 yanvar, AZƏRTAC
Fransa qırıcı təyyarələr üçün pilotlar hazırlanması ilə bağlı Ukraynanın müraciətinə baxır.
AZƏRTAC “Palitiko”ya istinadla xəbər verir ki, bu barədə Fransa müdafiə nazirinin köməkçisi Sebastyan Lekornu açıqlama verib.
Onun sözlərinə görə, Fransa və Ukraynanın müdafiə nazirləri bu həftə telefon danışığı zamanı qeydedilən mövzunu müzakirə etməlidirlər.
Əgər razılıq əldə olunarsa, ukraynalı pilotlar fransız qırıcılarında öyrənəcəklər.
Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron Ukraynaya qırıcı təyyarələrin tədarükü ehtimalını istisna etməmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [23:40]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [21:23]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:15]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [18:24]