Fransa Şərqi Aralıq dənizinə helikopterdaşıyan gəmi göndərib
Paris, 6 mart, AZƏRTAC
Fransa Yaxın Şərqdə gərginliyin artması fonunda hərbi mövqeyini gücləndirmək məqsədilə “FS Tonnerre” (L9014) helikopterdaşıyan gəmisini Şərqi Aralıq dənizinə göndərib.
AZƏRTAC xəbər verir ki, bu barədə Fransa mediası Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən məlumat yayıb. Fransa ordusunun nümayəndəsi bildirib ki, Yaxın və Orta Şərqdə baş verən böhran fonunda Fransa silahlı qüvvələrinin mövcud hərbi mövqeyini gücləndirmək üçün Aralıq dənizinə amfibiya helikopterdaşıyan gəmi yerləşdirilib.
Məlumata görə, “FS Tonnerre” cümə günü Aralıq dənizinə çatan Fransanın təyyarədaşıyan gəmisi “Charles de Gaulle” (R91) ilə birgə fəaliyyət göstərəcək.
Fransa Baş Qərargahı daha əvvəl bildirmişdi ki, Aralıq dənizində hərbi mövcudluğun gücləndirilməsi Yaxın və Orta Şərqdə baş verən böhrana cavab tədbirlərinin bir hissəsidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]