Fransa Təhsil Nazirliyinə kiberhücum: şagirdlərin şəxsi məlumatları oğurlanıb
Paris, 15 aprel, AZƏRTAC
Fransa Təhsil Nazirliyi növbəti kiberhücumun hədəfi olub. Nazirliyin rəsmi açıqlamasına görə, səlahiyyətli şəxslərin hesablarının ələ keçirilməsi nəticəsində şagirdlərin şəxsi məlumatları sızdırılıb.
AZƏRTAC-ın məlumatına görə, hadisədən zərər çəkən şagirdlərin dəqiq sayı hələlik bəlli olmasa da, araşdırmalar davam edir. Məlumata görə, oğurlanan məlumatlar sırasına şagirdlərin ad və soyadları, təhsil müəssisələri, sinifləri, e-poçt ünvanları və məktəb tapşırıqlarının mərkəzləşdirilmiş idarəetmə sistemi olan “ÉduConnect” identifikatorları daxildir.
Bu, Fransa təhsil sisteminə qarşı törədilən ilk genişmiqyaslı kibercinayət deyil. Cari ilin mart ayında “Compas” platformasına edilən hücum nəticəsində 243 min müəllimin məlumatları sızdırılmışdı. Bundan əlavə, martın 21-də Katolik Təhsilinin Baş Katibliyinə edilən hücum 1,5 milyon şagird, valideyn və müəllimin məlumat təhlükəsizliyini riskə atmışdı. Ardıcıl baş verən bu hadisələr ölkənin təhsil sektorunda kibertəhlükəsizlik boşluqlarının ciddi problem olaraq qaldığını təsdiqləyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]