Fransada COVID-19 epidemiyası ilə bağlı vəziyyətin gərginləşəcəyi ehtimal olunur
Paris, 10 sentyabr, AZƏRTAC
Fransa hökuməti 8-10 gün ərzində çox çətin qərarlar qəbul etmək məcburiyyətində qalacaq. Virusla bağlı yanlışlıqlar edilir. Riyazi hesablamalara görə, qarşıdan gələn həftələrdə Fransanın müəyyən bölgələri reanimasiya şöbələrində çarpayı qıtlığı səbəbindən çətin vəziyyətlə üzləşəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri Fransada COVID-19 epidemiyası ilə bağlı yaradılmış elmi şuranın sədri Fransua Delfressi deyib.
Eyni zamanda, elmi şura koronavirus epidemiyası ilə bağlı karantin müddətini azaltmağı da təklif edib. Şuranın hökumətə göndərdiyi rəydə karantin müddətinin 14 gündən 7 günə azaldılması irəli sürülüb.
Bildirilib ki, Sars-CoV-2 virusuna yoluxan şəxs klinik əlamətlər ortaya çıxdıqdan 2 gün əvvəl və 5 gün sonra virusa yoluxdurur. Çox nadir halda 8 gündən sonra yoluxma halı qeydə alınıb.
Elmi şuranın bu qərarı iki gündən sonra Müdafiə və Milli Təhlükəsizlik Şurasında da müzakirə olunacaq.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [12:24]
Geoloqların proqnozu: Afrikada yeni dəniz yarana bilər
- 10.06.2026 [12:24]
ABŞ səfirliyi diplomatların İsrail daxilində hərəkətini məhdudlaşdırıb
- 10.06.2026 [12:10]
Media: Aviaşirkətlər qış uçuş cədvəllərində böyük dəyişikliklərə hazırlaşır
- 10.06.2026 [12:09]
Araşdırma: İtlər insan mesajlarını sözlər olmadan da anlaya bilir
- 10.06.2026 [12:06]
Beynəlxalq Sivilizasiyalararası Dialoq Günü
- 10.06.2026 [12:02]
Fransada yaşlı insanların sayının artacağı gözlənilir
- 10.06.2026 [11:42]