Fransada hava nəqliyyatı dispetçerlərinin tətili uçuş qrafikini pozub
Paris, 2 iyul, AZƏRTAC
Fransada hava nəqliyyatı dispetçerlərinin tətili nəticəsində Parisdə uçuşların 25 faizi ləğv edilib.
AZƏRTAC xəbər verir ki, məktəblilərin tətili ərəfəsində dispetçerlərin etirazı Nitsa, Bastia və Kalviyə olan uçuşların 50 faizinin ləğv edilməsi ilə nəticələnib.
Fransa Mülki Aviasiya İdarəsi (DGAC) mətbuata yaydığı açıqlamada hava nəqliyyatı dispetçerlərinin tətili nəticəsində Fransada uçuşların qrafikinin ciddi şəkildə pozulacağı bildirilib.
İyulun 4-də Parisin əsas hava limanlarına gələn və gedən uçuşların 25 faizi, Nitsa, Kalvi və Bastiaya olan uçuşların 50 faizinin ləğv edildiyi qeyd edilib. Lion, Marsel, Montpellier, Ajaccio və Figari hava limanlarında da təxminən uçuşların sayı 30 faiz azalacaq.
Həmçinin qabaqlayıcı tədbirlərə baxmayaraq, Fransanın bütün hava limanlarında əhəmiyyətli fasilələr və gecikmələrin gözlənildiyi vurğulanıb. İş şəraiti və işçi çatışmazlığına etiraz olaraq başlayan tətilin iyulun 4 və 5-də Fransa hava limanlarında xaos yaradacağı bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [22:08]
Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq
- 29.09.2026 [21:10]
Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik
- 29.09.2026 [20:22]
Qazaxıstan Prezidenti Almaniyaya səfər edib
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]