Fransada islamofobiya terrorundan sonra bu ölkədəki müsəlmanlara çağırış edilib
Paris, 28 aprel, AZƏRTAC
Fransada islamofobiya sərtləşir, müsəlmanlara, məscidlərə hücum edilir. Fransa Müsəlman Dini Şurası ibadət edənlərə məscidlərdə tək qalmamağı, təcrid olunmamağı tövsiyə edib və hökuməti müsəlmanların ibadət yerlərində təhlükəsizliyi gücləndirməyə çağırıb.
AZƏRTAC xəbər verir ki, “Grand-Combe” məscidində bıçaqlı hücum nəticəsində 22 yaşlı gənc öldürülüb. Bu qanlı hadisədən sonra Fransa Müsəlman Dini Şurası (CFCM) ölkədəki müsəlmanları son dərəcə ayıq olmağa çağırıb.
CFCM bu hücumun mediada yanlış işıqlandırılmasına təəssüflənib. Mətbuatda hadisənin iki dindar arasında baş verən şəxsi münasibətlər zəminindən qaynaqlandığı bildirilib.
Şura mərhumun ailəsinə və bu islamafobiya terror aktından dərin sarsıntı keçirmiş Fransadakı bütün müsəlmanlara dərin hüznlə başsağlığı verib.
Xatırladaq ki, 22 yaşlı Abubakar “Grand-Combe” məscidində olarkən bıçaqlı hücuma məruz qalıb.
Baş nazir Fransua Bayrou islamofob alçaqlığı pisləyərək, qatilin tutularaq cəzalandırılmasını təmin etmək üçün dövlətin resurslarının səfərbər edildiyini bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [23:45]
Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır
- 07.08.2026 [22:46]
ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub
- 07.08.2026 [22:37]
Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb
- 07.08.2026 [22:22]
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb
- 07.08.2026 [21:20]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [20:02]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [19:06]