Fransada Milli Assambleyanın yenidən buraxılacağına dair çağırışlar səslənir
Paris, 26 sentyabr, AZƏRTAC
İfrat sağçı Milli Birlik (RN) partiyasının geniş tərkibdə iclası keçirilib. Jordan Bardellanın partiyası (RN) hələ də birillik müddət bitən kimi Milli Assambleyanın yenidən buraxılması məsələsinin üzərində işləyir və "Matinyon 2 planı" hazırlayır. “RN partiyası hər üç gündən bir hökuməti devirməyə başlasa, Makronun seçimi olmayacaq”, - deyə Marin Lö Penin məsləhətçilərindən biri vurğulayıb. Fransada Milli Assambleyanın buraxılması Prezidentin müstəsna səlahiyyətinə aid olsa da, partiya üzvləri ölkədə siyasi böhranın uzun müddət davam edəcəyini açıq şəkildə bildirirlər.
Həmçinin iclasda RN partiyası iyul ayında Jordan Bardellanın hakimiyyətə gəlməsinə imkan verməyən və bu partiya ilə problemli namizədi üzə çıxaran “Matinyon 1 planı”nın uğursuzluğunu təkrar yaşamamaq üçün əlindən gələni etməyə hazır olduğunu bildirib. Jordan Bardella sosial şəbəkələrdə nasist papağı ilə şəkil çəkdirən, irqçi, antisemit, homofob şərhlər yazan və RN partiyasna üzv olmaq istəyənləri arzuolunmaz şəxslər (brebis galeuses) kimi xarakterizə edərək, “səhvlər”dən danışıb, müəyyən namizədlərin qəbulunun tələsik aparıldığını bildirib. RN-nin buraxdığı səhvləri bir daha təkrarlamamaq niyyəti ifadə olunub. Partiyaya üzv olmaq istəyənlərin sayının artdığı qeyd edilib, yeni namizədlərin daha ciddi yoxlamalardan sonra partiyaya qəbul ediləcəyi vurğulanıb. Hər ay partiyaya 50 yeni üzvün qəbul olunacağı elan edilib. RN bununla Milli Assambleyadakı 577 deputat yerinin hamısına yiyələnmək niyyətini ifadə edib.