Fransada müəllimlər tətil və nümayişlərə başlayır
Paris, 2 aprel, AZƏRTAC
Fransada kollec və liseylər üzrə ilk həmkarlar ittifaqı (Snes-FSU) müəllimləri yenidən tətilə çağırıb.
AZƏRTAC xəbər verir ki, Snes –FSU orta və ali məktəblərin müəllimlərini səfərbər olmağa səsləyib. Bundan sonra Snep-FSU, SUD Education, CGT Educ'action və FNEC-FP FO kimi bir neçə həmkarlar ittifaqları da tətil və nümayiş çağırışına qoşulublar. Tətilçilər dövlət məktəblərdə səviyyə qruplarının ləğvini, məktəblərə daha çox resurs ayrılmasını tələb edirlər. Müəllimlər, həmçinin lüzumsuz islahatların ləğv olunmasını, maaşlarının artırılmasını istəyirlər.
Paris bölgəsindəki Seine-Saint-Denis departamentində “səviyyə qruplarının” yaradılmasına qarşı çıxan müəllim heyətinin təhsil üçün fövqəladə plan tələbi diqqət mərkəzində olacaq. Ötən həftənin sonunda milli təhsil naziri həmin departamentin 12 deputatından 9-nu qəbul edib. Deputatlar bildiriblər ki, nazir müəllimlərin etiraz hərəkatının miqyasını düzgün qiymətləndirmir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]