Fransada Qurani-Kərim təhqir, türk diasporunun nümayəndələri təhdid edilib
Ankara, 1 dekabr, AZƏRTAC
Fransanın Yuxarı Luara departamentindəki Le Püi-an-Vele şəhərində bir qrup radikal yerli məscidə basqın edərək Qurani-Kərimin səhifələrini nümayişkaranə şəkildə cırıb.
AZƏRTAC Türkiyə mediasına istinadən xəbər verir ki, müqəddəs kitabın təhqir edildiyi məscid Türkiyə Din İdarəsinin Türk-İslam Birliyinin (DİTİB) balansındadır.
Ksenofobiyanın daha bir təzahürü Fransanın şərqindəki En departamentində qeydə alınıb. Burada naməlum şəxslər Monreal-la-Klüz kommunasında fəaliyyət göstərən türk icması birliyinin poçt qutusuna güllə qoyublar.
Fransa İslam Şurası (CFCM) islamofobiya və türkofobiyanı pisləyərək müsəlmanları Le-Püi-an-Vele məscid icması ilə həmrəy olmağa çağırıb.
CFCM Fransa hakimiyyətini radikalizmə qarşı ayıq-sayıq olmağa, müsəlmanları isə soyuqqanlı olmağa çağırıb.
Eyni zamanda, DİTİB-in bəyanatında Fransadakı türk icmasının nümayəndələri ilə həmrəylik ifadə edilib və Fransada “dinc birgəyaşayış ənənələrinin pozulmasının yolverilməzliyi” vurğulanıb.
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]
Fransanın dövlət borcu rekord həddə çata bilər
- 21.09.2026 [11:53]
ABŞ-də dizelin qiyməti ilk dəfə 6,50 dolları keçib
Sabahın hava proqnozu açıqlanıb
- [12:31]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Bu gün Beynəlxalq Sülh Günüdür
- [09:00]