FRANSADAKI İĞTİŞAŞLAR İSLAMLA BAĞLI DEYİLDİR
AZƏRTAC xəbər verir ki, Qaynuddin “Novosti” agentliyinə müsahibəsində demişdir: “Mən məsuliyyətlə bəyan edirəm ki, tarmarçıların əməllərində dinlə, inamla bağlı heç nə yoxdur. İndiki halda söhbət bəzi siyasətçilərin iddia etdikləri kimi, iğtişaşları düzəldənlərin dini mənsubiyyətindən getmir”.
Şeyx Qaynuddin bildirmişdir ki, “bu əməllərin başlıca səbəbləri avtomobilləri yandıranların, dinc şəhərlilərə basqın edənlərin və mağazalarda soyğunçuluq törədənlərin sosial-məişət problemlərinin həll olunmamasıdır”.
Fransada komendant saatı elan olunmasına baxmayaraq, iğtişaşlar bir qədər səngisə də, davam edir. Fövqəladə tədbirlər görülməsini dəstəkləyən ölkə hökumətinin qərarı azğınlaşmış gənclərin quldur dəstələrini dayandırmamışdır. Polis asayişi pozanlardan 139 nəfəri həbs etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]