Fransız jurnalist: İslam anlayışı bəzən yanlış şəkildə terrorçuluqla əlaqələndirilir
Bakı, 26 may, AZƏRTAC
İslam anlayışı bəzən yanlış şəkildə terrorçuluqla əlaqələndirilir. Bu isə cəmiyyətdə İslama qarşı qorxu və şübhə yaradır.
AZƏRTAC xəbər verir ki, bunu fransız jurnalist, geopolitoloq Jan-Mişel Brun “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” adlı beynəlxalq konfrans çərçivəsində təşkil edilən “İslamofobiya media və rəqəmsal məkanlarda: süni intellekt sistemləri islamofob qərəzi necə yaya və gücləndirə bilər” mövzusunda panel iclasda deyib.
O qeyd edib ki, müsəlmanlar hazırda Fransada say baxımından beşinci əhali qrupudur. Azlıq onların səsinin eşidilməməsinə səbəb olur. Təəssüf ki, fransız müsəlmanlarını müdafiə etmək üçün göstərilən səylər tez-tez nəticəsiz qalır, çünki ictimai fikirdəki qərəz dərin kök salıb.
“Bu vəziyyəti dəyişmək üçün bizə güclü və obyektiv media lazımdır. Media vasitəsilə biz maarifləndirməni artıra, İslamın və müsəlman mədəniyyətinin incəliklərini, zəngin mənəvi və mədəni irsini cəmiyyətə düzgün şəkildə təqdim edə bilərik. İnsanlar fərqlilikdən qorxmamalı, onu anlamalı və qəbul etməyi öyrənməlidirlər”, - deyə fransız jurnalist əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]