“Frayburq” klubu tarixində ilk dəfə Almaniya kuboku yarışının finalına yüksəlib
Bakı, 20 aprel, AZƏRTAC
Almaniya kuboku uğrunda yarışın yarımfinal mərhələsində Bundesliqada çıxış edən “Frayburq” səfərdə “Hamburq”la üz-üzə gəlib.
AZƏRTAC xəbər verir ki, ilk dəqiqələrdən təşəbbüsü ələ alan qonaqlar matçın taleyini elə ilk hissədə həll ediblər. Oyunun 11-ci dəqiqəsində Nils Petersen hesabı açıb. Çox keçmədən Nikolas Hefler fərqi iki topa çatdırıb. İlk yarının ortalarında isə Vinçentso Qrifo penaltini dəqiq yerinə yetirərək “Hamburq”un bütün ümidlərini puç edib. Lakin fasilədən sonra toparlanmağı bacaran meydan sahibləri buraxılan toplardan birinin əvəzini çıxıblar. Robert Qlattsel fərqlənsə də, bu komandanın məğlub olmasına mane olmayıb.
Rəqibini 3:1 hesabı ilə məğlub edən “Frayburq” Almaniya kuboku yarışının finalına adlayan ilk komanda olub.
Qeyd edək ki, komanda tarixində ilk dəfə kubok yarışının həlledici mərhələsinə vəsiqə əldə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [12:28]
Qəbələ-Xankəndi Ultramarafonunda ilk mərhələnin qalibi bəlli olub
- 08.10.2026 [11:32]
Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik
- 08.10.2026 [11:15]
Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb
- 08.10.2026 [11:01]
Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq
- 08.10.2026 [10:22]
Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək
- 08.10.2026 [10:04]