FT: Texnologiya nəhənglərinin süni intellekt investisiyaları bir trilyon dolları ötüb
Bakı, 31 iyul, AZƏRTAC
Dünyanın aparıcı texnologiya şirkətləri – “Amazon”, “Microsoft”, “Google” və “Meta” tərəfindən süni intellekt texnologiyalarına yatırılan investisiyaların həcmi 2023-cü ildən bəri 1,1 trilyon dollara çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Financial Times” (FT) nəşri şirkətlərin maliyyə hesabatlarına istinadla məlumat yayıb.
Nəşrin yazdığına görə, bu göstərici texnologiya nəhənglərinin süni intellekt sahəsində iddialı planlarını və onların məlumat mərkəzləri, hesablama infrastrukturu və digər fiziki aktivlərə yönəlmiş sərmayələrinin sürətlə artdığını göstərir.
Məlumata əsasən, “Amazon”, “Microsoft”, “Google” və “Meta” 2026-cı ildə əsasən məlumat mərkəzləri, qabaqcıl çiplər və enerji infrastrukturu üçün əlavə 745 milyard dollar investisiya qoymağı planlaşdırırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]
Fransanın dövlət borcu rekord həddə çata bilər
- 21.09.2026 [11:53]
ABŞ-də dizelin qiyməti ilk dəfə 6,50 dolları keçib
Sabahın hava proqnozu açıqlanıb
- [12:31]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Bu gün Beynəlxalq Sülh Günüdür
- [09:00]