Futbol klublarımız yoxlama oyunları keçiriblər
Bakı, 12 oktyabr, AZƏRTAC
Milli komandaların oyunları ilə əlaqədar futbol üzrə Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edən kublarımız yoxlama oyunları keçiriblər.
AZƏRTAC xəbər verir ki, “Keşlə” “ASK Arena”da klubun əvəzedici komandası ilə qarşılaşıb. Oyun əsas komandanın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Əvəzedicilərin heyətində Tunar Mütəllimov fərqlənib. Əsas komandanın qollarını isə Rafael Məhərrəmli, Alvaro Tavares və Silvio Junior vurublar.
“Neftçi” və “Qəbələ” klubları da yoxlama matçında üz-üzə gəliblər. “Neftçi”nin bazasında keçirilən oyunda 2:2 hesablı bərabərlik qeydə alınıb. “Neftçi”dən kapitan Emin Mahmudov və braziliyalı müdafiəçisi Rener de Souza fərqləniblər. “Qəbələ”nin hər iki qolunu isə nigeriyalı hücumçusu Ceyms Adeniyi vurub. “Neftçi”nin yarımmüdafiəçisi Saman Nəriman Cahan penaltini dəqiq yerinə yetirə bilməyib.
“Sabah” və “Səbail” də yoxlama oyununda qüvvəsini sınayıb. Masazırdakı stadionda keçirilən oyunda qapılara qol vurulmayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [16:00]
Dünya çempionatının fərdi mükafatları ictimaiyyətə təqdim olunub
- 12.06.2026 [15:38]
Rəşad Sadıqov: Braziliya millisi çempionluğa əsas namizəddir
- 12.06.2026 [15:36]
“Gəncə” heyətini yeni voleybolçu ilə gücləndirib
- 12.06.2026 [15:23]
NBA-nın final seriyasının oyununda hakim səhvi etiraf olunub
- 12.06.2026 [14:49]
Azərbaycan avarçəkəni Avropa çempionu olub
- 12.06.2026 [13:57]
Budapeştdə Avropa Olimpiya Komitələrinin Baş Assambleyası işə başlayıb
- 12.06.2026 [12:46]
“Sumqayıt”ın müdafiəçisi əməliyyat olunub
- 12.06.2026 [12:16]