Futbol üzrə avrokubok oyunları İctimai Televiziyada da yayımlanacaq
Bakı, 30 avqust, AZƏRTAC
2023/2024 mövsümündə UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqalarının oyunları İctimai Televiziyada (İctimai TV) da yayımlanacaq.
Telekanaldan AZƏRTAC-a verilən məlumata görə, “Saran Media” və ölkə ərazisində turnirin əsas yayımçısı “CBC Sport”la əldə edilən razılaşma əsasında qeyd olunan turnirlərdə yarımfinal mərhələsinə kimi paralel keçirilən görüşlər İctimai TV-nin canlı efirində futbol həvəskarlarına təqdim olunacaq. Anlaşmaya əsasən, hər oyun həftəsində 3 qarşılaşma sözügedən telekanalda canlı yayımlanacaq.
Bu gün Çempionlar Liqasının cavab pley-off mərhələsində “Kopenhagen” (Danimarka) və “Rakuv” (Polşa) klubları arasında cavab qarşılaşması da saat 23:00-dan etibarən İctimai Televiziyanın canlı efirində olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [21:47]
Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]