FUTBOL ÜZRƏ AZƏRBAYCAN MİLLİSİ 134-CÜ YERDƏ QƏRARLAŞMIŞDIR
Bakı, 14 yanvar (AZƏRTAC). Beynəlxalq Futbol Federasiyaları Assosiyasiyası (FİFA) milli komandaların yanvar ayı üçün reytinq cədvəlini açıqlamışdır. İlk 14 komandanın mövqeyini dəyişmədiyi siyahıda, Azərbaycan 209 xalla 134-cü pillədəki mövqeyində qalmışdır.
Euro-2008 Avropa Futbol çempionatındakı uğurlu çıxışına görə dünya reytinq siyahısında ilk sıraya yüksələn İspaniya, 1663 xalla liderliyini davam etdirmişdir. Dünya Çempionatı 2010-un seçmə mərhələsində Azərbaycan milli komandası ilə bir qrupda yer alan Almaniya millisi 1389 xalla ikinci, 1338 xala sahib olan Hollandiya isə 3-cü pillədəki mövqeyini qoruyub saxlamışdır. Türkiyə milli komandası isə 1016 xalla 10-cu pillədəki mövqeyini qorumuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [17:30]
Formula-1 yarışları Ruandada on il ərzində keçiriləcək
- 13.10.2026 [17:29]
Asim Xudiyev UEFA-dan təyinat alıb
- 13.10.2026 [17:06]
UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub
- 13.10.2026 [16:42]
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
- 13.10.2026 [15:34]