FUTBOL ÜZRƏ DÜNYA BİRİNCİLİYİ OYUNLARINI MEYDANLARDAKI EKRANLARDAN İZLƏYƏCƏK TAMAŞAÇILAR DA NƏZARƏT ALTINDA OLACAQLAR
Meydanlarda tamaşaçıların təhlükəsizliyinin təmin edilməsi üçün “keşikçi” videokameralar və çəkilişlər aparan digər avtomat qurğular quraşdırılacaqdır.
Bunu Berlində futbol üzrə 2006-cı il dünya birinciliyinin təhlükəsizliyinin təmin edilməsinə həsr olunmuş toplantıda Almaniya federal daxili işlər naziri, çempionatın təşkilat komitəsinin üzvü Volfqanq Şoyble bildirmişdir. Nazir demişdir ki, dünya birinciliyi oyunlarının meydanlarda böyük ekranlarda göstərilməsi çempionatın təhlükəsizliyinin təmin edilməsində yeni problemlər yaradır. Ona görə də, gözlənilməsi və təşkili ehtimal olunan hər bir təhlükəni, onun qaynağını, məkanını və hərəkətverici qüvvələrini həssaslıqla müəyyənləşdirib qeydə alan və ekrana çəkən videokameralar təhlükəsizlik orqanlarını təxirəsalınmaz, qabaqlayıcı əks tədbirlər görmək üçün hadisə yerinə çağıracaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [14:09]
Dünya Kuboku: Azərbaycan üzgüçüləri yeni rekordlara imza atıblar
- 02.10.2026 [12:52]
Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq
- 02.10.2026 [12:41]
AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub
- 02.10.2026 [12:12]
UEFA Millətlər Liqası: Azərbaycan – Litva matçının hakimləri bəlli olub
- 02.10.2026 [12:07]