Futtenis üzrə Azərbaycan Super Liqasına start verilib
Bakı, 9 fevral, AZƏRTAC
Bu gün futtenis üzrə Azərbaycan Super Liqası start götürüb.
AZƏRTAC xəbər verir ki, çempionatda 4 qrup üzrə 12 komanda mübarizə aparır. Hər qrupdan ilk 2 yeri tutan kollektiv 1/4 final mərhələsinə vəsiqə qazanacaq.
Püşkatmanın nəticəsinə görə, “Gənclərbirliyi”, “Ege Hospital”, VİP birinci, “Şuşa-Qarabağ”, “Marafon”, “Asta” ikinci, “Yanq Boyz”, “Həmkar”, “Lion” üçüncü, “Alov”, “Atletiko” və “Meqa” dördüncü qrupda yer alıblar.
Marafon İdman Kompleksində keçirilən yarışın ilk günündə qrup oyunları təşkil olunacaq.
Yarışa fevralın 10-da yekun vurulacaq.