Futzal üzrə Azərbaycan yığmasının Avropa çempionatının final mərhələsindəki rəqibləri müəyyənləşib
Bakı, 29 sentyabr, AZƏRTAC
Sentyabrın 29-da futzal üzrə Azərbaycan milli komandasının Avropa çempionatının final mərhələsindəki rəqibləri müəyyənləşib.
AZƏRTAC UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, Sloveniyanın paytaxtı Lyublyanada keçirilən püşkün nəticəsinə əsasən, Azərbaycan yığması “D” qrupunda İspaniya və Fransa milliləri ilə qarşılaşacaq.
“A” qrupunda Sloveniya, İtaliya, Serbiya, “B” qrupunda Rusiya, Qazaxıstan, Polşa, “C” qrupunda isə Portuqaliya, Ukrayna və Rumıniya komandaları mübarizə aparacaq.
Püşkatma mərasimində UEFA prezidenti Aleksander Çeferin də iştirak edib. Azərbaycanı AFFA-nın futzal üzrə koordinatoru Asim Xudiyev təmsil edib.
Qeyd edək ki, 12 milli komandanın iştirak edəcəyi Avropa çempionatı 2018-ci il final mərhələsinin oyunları yanvarın 30-dan fevralın 10-dək Lyublyanadakı “Stojitse Arena”da təşkil ediləcək. Millimiz “Avro-2018”də ilk oyununu fevralın 1-2-də keçirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]
Azərbaycanın akrobatika gimnastları dünya çempionu olublar – YENİLƏNİB
- 26.09.2026 [20:21]