Futzal üzrə dünya çempionatının final mərhələsinin keçiriləcəyi ölkə müəyyənləşib
Bakı, 24 iyun, AZƏRTAC
Futzal üzrə dünya çempionatının final mərhələsinin keçiriləcəyi ölkə müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, sayca 10-cu dəfə təşkil olunacaq dünya çempionatına Özbəkistan ev sahibliyi edəcək. İyirmi dörd komandanın iştirak edəcəyi final mərhələsinin matçları 2024-cü il sentyabrın 14-dən oktyabrın 6-dək keçiriləcək.
Qeyd edək ki, Avropanın 7 ölkəsi mundialda iştirak edəcək. Sentyabr, oktyabr və dekabr aylarında qitə üzrə elit-raund mərhələsinin matçları keçiriləcək. Millimiz A qrupunda Qazaxıstan, Rumıniya və Niderlandla mübarizə aparacaq. Qrup lideri birbaşa final mərhələsinə yollanacaq. İkinci pilləni tutmuş komandalardan ən yaxşı göstəriciyə malik 4 komanda isə pley-off-da qarşılaşacaq. Qalib gələn 2 milli final mərhələsində oynamaq hüququ qazanacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [21:47]
Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]