FUTZALÇILARIMIZ FİNLANDİYA YIĞMA KOMANDASI ÜZƏRİNDƏ DƏ QƏLƏBƏ QAZANMIŞLAR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, fevralın 29-də futzal üzrə 2008-ci il dünya çempionatının qrup seçmə mərhələsində Azərbaycan yığma komandası Çexiyanın Xrudim şəhərində Finlandiya yığma komandası ilə qarşılaşmışdır. Bir gün əvvəl Ermənistan yığmasına qarşı möhtəşəm qələbədən sonra, millilərimizin aktivinə daha bir parlaq qələbə əlavə olunmuşdur - 4:2.
Qrupun digər oyunu Çexiya və Ermənistan yığma komandaları arasında olmuşdur. Azərbaycanla qarşıdakı ağır oyunu nəzərə alan Çexiya millisi əsas oyunçuları ehtiyatda saxlasa da, çətinlik çəkmədən erməni millisi üzərində 2:0 hesabı ilə qələbə qazanmışdır.
Beləliklə, iki oyundan sonra Azərbaycan yığması 6 xalla (qol fərqi: 13:3) qrupda liderdir.
Futzalçılarımız qrup mərhələsinin sonuncu görüşünü ev sahibi Çexiya (2 mart) yığması ilə keçirəcəklər.
Qrupda birinci yeri tutan yığma komanda bu il Braziliyada keçiriləcək futzal üzrə dünya çempionatına birbaşa vəsiqə qazanacaq, ikinci yeri tutan komanda isə “play off” mərhələsində mübarizəni davam etdirəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [12:28]
Qəbələ-Xankəndi Ultramarafonunda ilk mərhələnin qalibi bəlli olub
- 08.10.2026 [11:32]
Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik
- 08.10.2026 [11:15]
Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb
- 08.10.2026 [11:01]
Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq
- 08.10.2026 [10:22]
Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək
- 08.10.2026 [10:04]