CƏMİYYƏT
Füzuliyə qayıdan sakin: Bundan böyük sevinc hissi ola bilməz
Bakı, 23 aprel, AZƏRTAC
Gənc yaşlarımı, gözəl günlərimi Füzulidə yaşadım. Sonra rayonun işğalı nəticəsində Bakıda məskunlaşmalı olduq. İndi isə ailəliklə doğma torpağımıza, evimizə qayıtmağın sevincini yaşamaqdan xoşbəxtəm. Bundan böyük sevinc hissi ola bilməz.
AZƏRTAC xəbər verir ki, bu sözləri Füzuli şəhərinə yola salınan keçmiş məcburi köçkün Nailə Qasımova bildirib.
Füzuli sakini öz övladının da I Vətən müharibəsi zamanı qazi olduğunu vurğulayaraq Allahdan qazilərə cansağlığı, şəhidlərə rəhmət diləyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [17:38]
Bakıda MDB İnformasiya Şurasının XXXI iclası keçirilib VİDEO
- 03.05.2024 [17:12]