“Galatasaray” klubu UEFA Avropa Liqasının qalibi olmuş braziliyalı futbolçunu transfer edib
Bakı, 30 iyun, AZƏRTAC
Türkiyənin “Galatasaray” klubu yay fasiləsində növbəti transferini edib.
AZƏRTAC klubun rəsmi saytında istinadla xəbər verir ki, “sarı qırmızılar” Braziliyanın “San Paulu” komandasının müdafiəçisi Maykon Pereyra Rokeni heyətinə qatıb. İyirmi səkkiz yaşlı futbolçu ilə dördillik müqavilə imzalanıb.
Braziliyalı futbolçunun bu vaxtadək çıxış etdiyi Cənubi Amerika klubuna 7 milyon avro ödənəcək. Müdafiəçi “Qalatasaray”da ildə 2,2 milyon avro qazanacaq.
Qeyd edək ki, 2009-2016-cı illərdə “Portu” klubunda çıxış edən Maykon bu komandanın heyətində Portuqaliya çempionatının və Super kubokunun, eləcə də UEFA Avropa Liqasının qalibi olub. Futbolçu ötən mövsüm transfer olduğu “Sao Paulo”nun heyətində isə Braziliya çempionatında 51 matçda forma geyinib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [21:47]
Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]