Gədəbəydə oğurluq törətməkdə şübhəli bilinən şəxs saxlanılıb
Bakı, 4 mart, AZƏRTAC
Gədəbəy rayonunun Kəsəmən kənd sakini rayon polis şöbəsinə ərizə ilə müraciət edərək naməlum şəxs və ya şəxslərin onun yaşadığı evə pəncərəni sındırmaq yolu ilə qanunsuz daxil olaraq 3500 manat pulunu oğurladığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, oğurluğu törətməkdə şübhəli bilinən Gədəbəy rayonunun Qızıltorpaq kənd sakini, əvvəllər dəfələrlə məhkum olunmuş, 34 yaşlı Çingiz İbrahimov rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq şöbəyə gətirilib. Dindirilmə zamanı o, oğruluq hadisəsini zərərçəkən ilə şəxsi ədavəti olduğuna görə törətdiyini bildirib. Bundan başqa, istintaq zamanı Ç. Poladovun Tovuz rayonunda da analoji cinayət hadisəsini törətdiyi məlum olub.
Faktla bağlı araşdırmalar aparılır.