Gələn il Çində 1 milyon 5G baza stansiyası quraşdırılacaq
Pekin, 2 dekabr, AZƏRTAC
Çində gələn il 5-ci nəsil mobil rabitə (5G) şəbəkəsi üzrə 1 milyon yeni baza stansiyası quraşdırılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə "China Daily" qəzeti Çin Mühəndislik Akademiyasının akademiki U Heçuana istinadla məlumat yayıb. Bildirilir ki, ölkənin mobil rabitə operatorlarının gələn il yeni baza stansiyaları quraşdırması nəticəsində ümumi 5G baza stansiyalarının sayı 1,7 milyondan çox olacaq. Paralel olaraq, 5G mobil şəbəkə xidmətləri üzrə qiymətlərin azalması da gözlənilir.
Akademik Çin şirkətlərinin COVID-19 pandemiyasına baxmayaraq, cari il ərzində təxminən 600 min 5G baza stansiyası quraşdırdığını, ötən ildən isə 100 min stansiyasının istifadəyə verildiyini deyib. Bu işlər nəticəsində 5G şəbəkəsi Çinin prefektura və daha yuxarı statusda olan bütün şəhərlərini əhatə edib.
Qeyd edək ki, Çin hazırda 5G şəbəkəsinə qoşulmaların sayına görə dünyada liderlik edir. Ötən il noyabrın 1-dən etibarən Çinin 3 mobil rabitə operatoru - “China Mobile”, “China Telecom” və “China Unicom” abunəçilərə 5G şəbəkə xidmətləri göstərməyə başlayıb. Çinin mobil rabitə operatorları bu il də daxil olmaqla 5 il ərzində 5G şəbəkəsinə 220 milyard ABŞ dolları sərmayə yatıracaq.
Proqnozlara görə, 2025-ci ilədək Çində 5G istifadəçilərinin sayı 460 milyona çatacaq ki, bu da dünyada ən böyük 5G bazarı olacaq.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.08.2026 [20:26]
Vuçiç: Avropa böyük bir müharibənin astanasındadır
- 09.08.2026 [20:12]
Türkiyənin Qara dəniz sahilində ekipajsız kater məhv edilib
- 09.08.2026 [19:50]
İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib
- 09.08.2026 [17:34]
Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb
- 09.08.2026 [15:10]
Qazaxıstanda sərnişin avtobusu yanıb
- 09.08.2026 [13:18]
Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib
- 09.08.2026 [11:01]
Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var
- 09.08.2026 [09:38]
Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir
- 08.08.2026 [23:48]
Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək
- 08.08.2026 [23:37]
Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi
- 08.08.2026 [21:54]
MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır
- 08.08.2026 [21:23]
Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır
- 08.08.2026 [21:00]
Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa
- 08.08.2026 [20:31]
Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH
- 08.08.2026 [20:26]
Bu saata olan əsas xəbərlər
- 08.08.2026 [20:00]
Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO
- 08.08.2026 [19:17]
Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır
- 08.08.2026 [18:18]
Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb
- 08.08.2026 [16:51]
Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır
- 08.08.2026 [16:35]
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
- 08.08.2026 [16:31]
Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla
- 08.08.2026 [16:19]
“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda
- 08.08.2026 [16:11]
Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək
- 08.08.2026 [15:33]
Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH
- 08.08.2026 [15:05]
Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb
- 08.08.2026 [13:27]
Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO
- 08.08.2026 [12:30]
Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır
- 08.08.2026 [11:52]
Naxçıvanda avqust ayının pensiyaları ödənilib
- 08.08.2026 [11:33]
DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub
- 08.08.2026 [11:11]