GƏLƏN İLDƏN DÖVLƏT NEFT FONDUNUN VƏSAİTİ HESABINABAKI ŞƏHƏRİNƏ YENİ SU XƏTTİNİN ÇƏKİLİŞİNƏ BAŞLANACAQ
Maliyyə Nazirliyindən verilən məlumata görə, dövlət büdcəsinə ayrılan transferlə yanaşı, 2006-cı ildə DNF-nin vəsaitindən 365,3 milyon manat, o cümlədən 110,3 milyon manat qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına, 38 milyon manat Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac kəməri layihəsində Azərbaycanın iştirak payına, 90 milyon manat yeni yaradılacaq Dövlət Sərmayə Şirkətinin nizamnamə kapitalının yaradılmasına, 127 milyon manat isə Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi və Samur-Abşeron suvarma sisteminin yenidən qurulması xərclərinə yönəldiləcəkdir.