Gəmiçiliyin yaranmasının 8 illiyinə həsr olunmuş minifutbol turniri keçirilib
Bakı, 21 oktyabr, AZƏRTAC
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) yaranmasının 8 illiyinə həsr olunmuş minifutbol turniri keçirilib.
ASCO-dan AZƏRTAC-a bildirilib ki, turnirdə Gəmiçiliyə daxil olan strukturlardan ibarət 6 komanda təmsil olunub. Sosial inkişaf və nəqliyyat şöbəsinin təşkilatçılığı ilə baş tutan yarışın finalında ASCO (Aparat) və Xəzər Dəniz Neft Donanmasının (XDND) futbolçuları qarşılaşıblar. Gərgin keçən mübarizədə XDND-nin komandası 6:1 hesabı ilə qalib adını qazanıb.
“Bibiheybət” Gəmi Təmiri Zavodunun idmançıları isə “ASCO Mühafizə” MMC-yə qalib gələrək üçüncülüyü əldə edib.
Finala vəsiqə qazanan bütün komandalar diplom və kubokla təltif olunub, həmçinin onlara qiymətli hədiyyələr təqdim edilib.
Qeyd edək ki, ASCO-da belə yarışlar mütəmadi olaraq təşkil edilir. Məqsəd dənizçilərin asudə vaxtını səmərəli təşkil etmək, onların fiziki sağlamlığını möhkəmləndirmək, idmana maraqlarını daha da artırmaqdan ibarətdir.